Aİİ nin tranzit qaydaları “TRIPP layihəsi“nə şamil ediləcək
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və təşkilatın qaydaları "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) layihəsinə də şamil olunacaq".
Moderator.az xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan məlumat verib.
"Hazırda Ermənistan Aİİ-yə daxildir və bu ərazidə Aİİ-nin tranzit qaydaları qüvvədədir", - deyə o qeyd edib. Birliyin qaydalarının "TRIPP layihəsinə" də tətbiq edilib-edilməyəcəyi ilə bağlı dəqiqləşdirici suala isə nazir müavini "Bəli" cavabını verib.
Bununla yanaşı, nazir müavini Rusiyanın layihədə mümkün iştirakı ilə bağlı sualı cavablandırmaqdan çəkinərək fərziyyələr irəli sürmək istəmədiyini bildirib.
"Hazırda TRIPP Ermənistan və ABŞ tərəfindən həyata keçirilir. Müqavilə imzalanıb və hazırda icra mərhələsindədir. Gələcəklə bağlı hər hansı fərziyyə irəli sürmək və ya açıqlama vermək istəməzdim", - deyə diplomat bildirib.
Moskvanın Ermənistan tərəfi ilə təmaslar zamanı TRIPP-də iştirak məsələsini qaldırıb-qaldırmaması ilə bağlı suala cavab olaraq, o vurğulayıb ki, bu mövzu ikitərəfli gündəlikdə yoxdur və İrəvanla Moskva arasındakı danışıqlarda müzakirə olunmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 01 İyul 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















