AIIF 2025: Azərbaycana 10 milyard dollarından çox investisiya cəlb olunub Mikayıl Cabbarov açıqladı
Icma.az bildirir, Mia.az portalına istinadən.
Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb.
Mia.az xəbər verir ki, bu məlumatı İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycan xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələrini və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirib: "Ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur. Böyük miqyaslı sərmayələr iqtisadiyyatın diversifikasiyasına, innovasiya və texnologiya transferinin sürətləndirilməsinə, rifahın yüksəlməsinə yeni imkanlar açır. Ölkənin iqtisadi potensialının reallaşdırılmasına töhfə verən Forumun keçirilməsinə göstərdiyi böyük dəstəyə görə Prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına, dövlət rəsmilərinə, tərəfdaşlarımıza və bütün iştirakçılara dərin təşəkkürümüzü bildiririk".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Sentyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















