Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

​TƏHSİL İSLAHATLARI NİYƏ NƏTİCƏ VERMİR? Ekspert əsas səbəbləri açıqladı

​TƏHSİL İSLAHATLARI NİYƏ NƏTİCƏ VERMİR? Ekspert əsas səbəbləri açıqladı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycanda elm və təhsil sahəsində son illər müxtəlif islahatlar həyata keçirilsə də, bu dəyişikliklərin real nəticələri cəmiyyətdə müzakirə mövzusu olaraq qalır. Xüsusilə məktəblərdə tədrisin keyfiyyəti, ali təhsil müəssisələrinin fəaliyyəti və elmi tədqiqatların inkişafı ilə bağlı problemlər diqqət çəkir. Bir sıra hallarda qəbul edilən qərarlarla onların praktik icrası arasında ciddi fərqlərin olduğu bildirilir.

Azərbaycanda elm və təhsil sahəsində əsas problem düzgün islahat modelinin seçilməməsidir, yoxsa mövcud qərarların icrasında yol verilən nöqsanlar? Bu sahədə real nəticələr əldə etmək üçün hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı “AzPolitika”ya təhsil eksperti Şəmsi Qoca bildirib ki, Azərbaycanda elm və təhsil sahəsində əsas problem yalnız islahatların icrasında yol verilən nöqsanlar deyil, həm də islahatların mahiyyətinin və istiqamətinin düzgün müəyyənləşdirilməməsidir. Çünki düzgün seçilməyən model nə qədər yaxşı icra olunmağa çalışılsa da, gözlənilən nəticəni verməyəcək. Digər tərəfdən, düzgün qərarların qəbul edilməsi də özlüyündə uğur demək deyil.

Onun sözlərinə görə, həmin qərarların icrasına nəzarət edilməzsə, məsuliyyət təmin olunmazsa və obyektiv qiymətləndirmə aparılmazsa, islahatlar kağız üzərində qalacaq: “Məktəblərdə vəziyyətə nəzər salaq. Təhsilin keyfiyyətini yalnız şagirdlərin imtahan nəticələri, keçirilən monitorinqlər və müəllimlərin sertifikasiyası ilə ölçmək olmaz. Əsas məsələ şagirdin nə dərəcədə müstəqil düşünməsi, öyrəndiklərini həyatda tətbiq etməsi, təhlil aparması və yaradıcı yanaşma bacarığı qazanmasıdır. Təəssüf ki, bir çox hallarda təhsilin məqsədi bilik qazandırmaqdan daha çox imtahan nəticəsi əldə etməyə yönəlir. Müəllimdən hesabat, məktəbdən statistika, şagirddən isə yüksək nəticə tələb olunur. Amma təhsilin real keyfiyyətini müəyyən edən əsas amil – öyrənmə mühiti və tədrisin məzmunu bəzən arxa plana keçir”.

Ekspert müəllimə münasibətin də dəyişməli olduğunu qeyd edib: “Müəllimin nüfuzu yalnız sertifikasiya nəticəsi və əməkhaqqı ilə müəyyənləşmir. Onun peşəkar inkişafına şərait yaradılmalı, məktəbdə yaradıcılıq və sərbəst qərarvermə imkanları genişləndirilməlidir. Müəllimi daim yoxlamaqla deyil, ona etimad göstərməklə, peşəkarlığını artırmaqla və əməyini obyektiv qiymətləndirməklə təhsilin keyfiyyətini yüksəltmək mümkündür.

Ali təhsildə də diplom verən müəssisə ilə mütəxəssis hazırlayan universitet arasında fərq aradan qaldırılmalıdır. Universiteti bitirən gəncin əmək bazarında özünə yer tapa bilməməsi ciddi problemdir. Ali məktəblərin fəaliyyəti tələbələrin sayı və verilən diplomlarla deyil, hazırlanan mütəxəssislərin bilik və bacarıqları, elmi potensialı və cəmiyyətə verdiyi töhfə ilə qiymətləndirilməlidir. Universitetlərə daha çox akademik müstəqillik verilməli, onların fəaliyyəti isə şəffaf və obyektiv meyarlarla qiymətləndirilməlidir”.

Ş.Qoca əlavə edib ki, elm sahəsində vəziyyət daha ciddi yanaşma tələb edir. Elmi tədqiqat yalnız dissertasiya yazmaq, elmi dərəcə almaq və məqalə dərc etdirməklə məhdudlaşmamalıdır: “Elm iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, səhiyyənin və texnologiyaların inkişafına xidmət etməlidir. Tədqiqatlara ayrılan vəsait real nəticələrə, elmi yeniliklərə və tətbiq imkanlarına əsasən bölüşdürülməlidir. Gənc alimlərin ölkədə qalması və elmi fəaliyyətlə məşğul olması üçün normal maddi və peşəkar şərait yaradılmalıdır.

Mənim fikrimcə, ilk növbədə üç istiqamətdə köklü dəyişiklik lazımdır: təhsildə formal göstəricilərdən real bilik və bacarıqların qiymətləndirilməsinə keçilməli, ali məktəblərin və elmi müəssisələrin müstəqilliyi artırılmalı, qəbul edilən qərarların icrasına görə konkret vəzifəli şəxslərin məsuliyyəti müəyyənləşdirilməlidir. Hər yeni rəhbərin gəlişi ilə əvvəlki yanaşmaların dəyişdirilməsi, yeni proqramların və layihələrin elan olunması əvəzinə, uzunmüddətli və ardıcıl dövlət strategiyası həyata keçirilməlidir.

Ən vacibi isə təhsil islahatının uğurunu keçirilən tədbirlərin, yazılan hesabatların və qəbul edilən qərarların sayı ilə deyil, məktəbi bitirən şagirdin biliyi, universiteti bitirən gəncin peşəkarlığı və ölkədə yaradılan elmi yeniliklərin sayı ilə ölçmək lazımdır.

Azərbaycanın elm və təhsil sisteminə növbəti islahat kampaniyası deyil, nəticəyə hesablanmış, ardıcıl, məsuliyyətə və keyfiyyətə əsaslanan yeni idarəetmə fəlsəfəsi lazımdır.əhsildə dəyişiklik sənədlərdə deyil, sinif otağında, auditoriyada, laboratoriyada və nəhayət, cəmiyyətin düşüncə tərzində görünməlidir”.

Oğuz Ayvaz

"AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see343

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see329

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see325

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see306

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see300

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see298

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see289

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see280

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see268

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see264

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see252

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see251

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see246

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see242

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see237

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see229

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see225

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see222

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see221

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri