Icma.az
close
up
RU
Ailə dəyələri bir milləti millət edən ilkin şərtdir FOTO

Ailə dəyələri bir milləti millət edən ilkin şərtdir FOTO

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəmiyyətin formalaşmasında maddi ünsürlər qədər milli-mənəvi dəyərlər də önəmlidir, hətta ikinci birincidən daha vacibdir. Sivilizasiyaları yaradan insanlardır. İnsan isə həm maddi, həm də mənəvi xüsusiyyətləri olan varlıqdır. Bizi fiziki xüsusiyyətlərlə yanaşı, mənəvi xüsusiyyətlərimiz insan edir. Maddi amillərə önəm verən və mənəviyyatını unudan bir insanın bu dünyada xoşbəxt bir həyat sürməsi nə qədər mümkün deyilsə, maddi dəyərlərə önəm verildiyi və mənəviyyatın unudulduğu cəmiyyətlərin, sivilizasiyanın yaşaması da eyni dərəcədə mümkün deyil, bu, çox vaxt unudulur.

Bəlkə də biz, bütün dünyada zorakılıq və terror aktlarının, xaosun, qətllərin baş verdiyi ən çətin dövrdə yaşayırıq. Bu mənzərə dünyada yaşayan bütün insanların həyatına maddi və mənəvi zərər verir. Bütün dövlətlər pozulmuş cəmiyyətlərin əvvəlki, mənəviyyatını itirməmiş halına qaytarılması üçün araşdırılmalar aparır, proqramlar işləyir, mexanizm yaradır. Qəbul etmək lazımdır ki, çox hallarda cəmiyyəti xilas etməyin, problemlərin öhdəsindən gəlməyin yolu milli-mənəvi dəyərləri qorumaqdan keçir. Milli-mənəvi dəyərlər bir milləti millət edən ilkin şərtdir. Vətən, bayraq, mədəniyyət, dil, din, himn və sairə kimi dəyərlərimiz, milli adətlərimiz bizi kökümüzdən qopmağa qoymayan elementlərdir.

Həmçinin, din də bizim mənəvi dəyərlərimizi ifadə edir. Din bu gün bütün cəmiyyətlərin əsas ehtiyacıdır. İnsanlar bu qədər mənəvi böhranın içərisində ikən işıq, nicat yolu axtarırlar, bir çox halda mənəvi dəstəyi dindən alırlar. Həqiqi ruhi bilikləri paylayan din vasitəsi ilə insanlar güvən və cəsarət qazanırlar, səbirli və qətiyyətli olmağı öyrənirlər, həyatın çətinliklərinə müqavimət göstərə bilirlər. Din mərhəmət öyrədir, empatiya, sevgi, hörmət, ədalət aşılayır. Bu hisslərdən uzaq olan insan özünü boşluqda hiss edir. Tarixin heç bir dövründə dindən, mənəviyyatdan uzaqlaşmış cəmiyyətlər uzun müddətli var ola bilməyiblər.

Həqiqi din insanları həyata hazırlayır, bədbəxt hadisələr zamanı, ölümlər və itkilər olanda təsəlli verir. Həqiqi ruhi biliyi öyrənən insan dünyada mövcud olmağın mənasını dərk edir, maddi asılılıqlardan uzaq olur. Onu yoxdan yaradanı tanıyır, sevir. Mənəviyyatı möhkəmlənən insan həyatın təkcə maddi dünyadan ibarət olmadığını bilir və dünyada itirdiyi maddi şeylərə heyifsilənmir. Din cahillik təbliğ etmək yerinə elm, ruhi bilik, təhsil verərsə o cəmiyyətin nicatı olur.

O cümlədən, təhsilin də məqsədlərindən biri ümumi cəmiyyət tərəfindən qəbul edilmiş dəyərləri gələcək nəsillərə ötürmək, bu dəyərləri mənimsəmələrini təmin etmək olmalıdır. Məktəblərdə “mənəvi və dini dəyərlər” təhsili verilməlidir. Milli təhsil sistemində dəyərlərə, adətlərə köklənmiş öyrətmə metoduna üstünlük verilməlidir. Uşaqlara lap körpə yaşdan dəyərin nə olduğunu, milliliyin nə vəd etdiyini, kimliyimizin hansı əhəmiyyəti daşıdığını, cahillik yox ruhi bilik öyrədən din anlayışını aşılamaq lazımdır. Əks halda yad və təhlükəli təsirlərə məruz qalmağımız, dinini cəhalət quyusu zənn edib həqiqi ruhi bilik axtarışına çıxmağımız qaçılmazdır.

Dünyanın sosial-iqtisadi strukturunda baş verən sürətli dəyişikliklər bütün cəmiyyətlərə təsir edir. İnsanlar maddi problemlərinə görə axın edə, miqrasiyaya məruz qala bilirlər. Millətlərin, xalqların, ölkələrin milli dəyərləri yad təsirdən zərər görə, dəyişə, transformasiyaya uğraya bilər. Biz öz mədəniyyətimizi qorumaqla, dilimizi, dinimizi, adətlərimizi qorumaqla, əslində, kimliyimizi, kökümüzü qoruyuruq.

Əfsuslar olsun ki, indi biz uşaqlarımızı milli düşüncədə, milli ruhda yetişdirə, din xofu yerinə həqiqi ruhi bilik verə bilmirik. Körpə qızlarımız Allah sevgisini başını örtməkdə, saçını həmyaşıdından gizlətməkdə görür. Onların milli kimliyini, vətənpərvərlik ideallarını düşünməyə vaxtı, macalı, marağı olmur. Həmçinin, fasiləsiz olaraq imtahana hazırlaşan, durmadan oxuyan gənclik milli-mənəvi məsələlərə vaxt ayıra bilmir. Biz hər baxımdan savadlı, yenilikçi, ixtiraçı gənclik yetişdirə bilərik, savadlı kadrlarımız ola bilər, amma mənəvi və milli dəyərlərə malik nəsil yetişdirə bilməyimiz sual altındadır.

Gənclər, adətən, problemlərdən xəbərdar olur, maraqlanır və araşdırma aparır, yaradıcı olur və təxəyyülünü inkişaf etdirir, həll yolları fikirləşir. Daha kreativdirlər, daha dinamikdirlər. Dayanmırlar, yorulmurlar, daim axtarışdadırlar. Təşəbbüskar, dəyişikliklərə və inkişafa açıq olan, eyni zamanda dəyərlərinə, milli kimliyinə sadiq olan gənclik yetişdirmək bizim dövlətə və cəmiyyətə ən böyük xidmətimiz olar.

Dini, milli-mənəvi dəyərlər bizim hər birimiz üçün qiymətli və müqəddəs amillərdir. Xalqımız əsrlər boyu qoruduğu, tarixin bəzi dönəmlərindən talanaraq, məhv edilərək əlindən alınmağa çalışılan adətləri bu günədək gətirib çıxara bilib, bu da milli özünüdərkin formalaşmasına böyük kömək edib. Bu vəziyyəti qoruyub saxlamaqla yanaşı inkişafını, nəsildən nəsilə ötürülməsini də təmin etmək lazımdır. Dəyərlərin gələcək nəsillərə ötürülməsi, gənc nəslin milli, mənəvi tərbiyəsi xalqımızın, dövlətimizin, dövlətçilik ideallarımızın var ola bilməsi üçün şərtdir.

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri