Ailə faciəsi: Körpələri vəfat edən ailənin azyaşlı qızları da yaşamaq uğrunda mübarizə aparır
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
5 yaşlı Cəmilə Ağamətova qan xərçəngindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun atası Cəmil Ağamətov məlumat verib.
O qeyd edib ki, bir müddət əvvəl 3 yaşlı oğlu Emil bədxassəli şişdən dünyasını dəyişib:
"Allah heç bir valideyni övladı ilə sınağa çəkməsin. Oğlumu itirdim, amma qızımın yaşamaq şansı var. Xalqımdan xahiş edirəm, bizə əl tutsunlar. Cəmiləyə ilik nəql olunub. Donoru özüm olmuşam. Amma onun müalicələri davam edir. Hazırda Bakıdayıq. Cəmilənin ayaqları tutulub. Dərisi qızarıb, qaşınır. İliyin bədənlə savaşı başlayıb. Bizə ilkin xərcləri qarşılaya bilməyimiz üçün 3 min manat lazımdır".
Əlaqə nömrəsi: (070) 771-33-77.
"Kapital Bank": 4169 7388 2917 5201.
Baxış sayı:85
Bu xəbər 05 Aprel 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















