Icma.az
close
up
RU
Ailə həkimi rubrikası Psixoloji, fiziki və mənəvi sağlam uşaq necə və hansı mühitdə yetişdirilməlidir?

Ailə həkimi rubrikası Psixoloji, fiziki və mənəvi sağlam uşaq necə və hansı mühitdə yetişdirilməlidir?

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“Sağlam uşaq – gələcəyimizin təməlidir. Hər bir cəmiyyətin sabahı bu gün yetişdirdiyi uşaqlardan asılıdır. Sağlam, ağıllı və xoşbəxt uşaqlar – sabahın uğurlu həkimi, müəllimi, mühəndisi, lideridir. Uşağın sağlam böyüməsi təkcə valideynin deyil, bütün cəmiyyətin məsuliyyətidir. Sağlamlıq – inkişafın təməl daşıdır. Zehni sağlamlıq (emosional sabitlik, sevgi ilə böyümək) uşağın şəxsiyyət kimi formalaşmasına kömək edir. Sosial sağlamlıq isə digər insanlarla düzgün münasibət qurma bacarığı uşağın gələcək ictimai həyatına hazırlıqdır. Uşağın ilk müəllimi – anadır, ilk qəhrəmanı isə atadır. Buna görə valideynlər üzərlərinə düşən bu məsuliyyəti hiss etməlidir. Valideynlər sevgi dolu münasibətlə uşağın həyatının bünövrəsini düzgün qurmağa çalışmalıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına həkim-pediatr Şəhla Hacıyeva danışıb.

“Zərərli vərdişlərdən uzaq mühit yaratmaq – sağlamlıq üçün ən gözəl hədiyyədir. Sağlam uşaq yalnız bədəni ilə deyil, fikirləri ilə də sağlam olmalıdır. Tərbiyədə pozitiv yanaşma, empatiya, məsuliyyət hissi uşağı sağlam cəmiyyət üzvünə çevirir. Sağlam uşaq – güclü gələcək deməkdir. Sağlam uşaqlar sabah məhsuldar və faydalı əmək qüvvəsinə çevrilir”-deyən həkim qeyd edib ki, ailəsinə, vətəninə və bəşəriyyətə faydalı şəxsiyyətin formalaşması uşaqlıqdan başlayır.

“Oxucularımın diqqətinə çatdırmaq istəyirəm ki, uşaqlarda ilk 5 ildə beynin 90%-i formalaşır, ona görə də körpənin sağlamlığı üçün ilk günlərdən məsuliyyətli olmaq lazımdır. Araşdırmalar göstərir ki, ana südü ilə qidalanan uşaqlarda IQ səviyyəsi orta hesabla daha yüksək olur. Uşaqlarda hər gün 1 saat fiziki hərəkət – gələcəkdə ürək-damar xəstəlikləri riskini 40%-ə qədər azaldır”-deyə pediatr bildirib.

“Sağlam uşaq – sabahın uğurlu cəmiyyətinin sütunudur. Biz bugün uşaqlarımıza nə qədər qayğı, sevgi və diqqət göstərsək, gələcəyimiz bir o qədər sağlam, güclü və uğurlu olacaq. Unutmayaq ki, sağlam uşaqlar – sağlam dünya deməkdir. Sağlam uşaq ailənin xoşbəxtliyi, sevinci deməkdir. Dünyaya sağlıqlı uşaq gətirməklə, valideynlərin məsuliyyəti bitmir. Övladlarını sağlam böyütmək üçün valideynlərin atmalı olduğu əsas addımlar həm fiziki, həm psixoloji, həm də sosial sahələri əhatə edir.

- Hamiləlikdən əvvəl və hamiləlik dövründə sağlamlığa diqqət əsas şərtdir.Ana və ata namizədləri hamiləlikdən əvvəl tibbi müayinədən keçməli, zəruri vitamin və mineral ehtiyaclarını ödəməlidirlər.

- Hamiləlik zamanı sağlam qidalanma, stressin minimuma endirilməsi və müntəzəm həkim nəzarəti olduqca vacibdir.

- Doğuşdan sonra ilk 1000 günə diqqət! Bu dövr uşağın beyin və orqan inkişafı üçün kritikdir.

- Ana südü ilə ilk 6 ay müstəsna qidalanma təmin olunmalıdır.

- 6 aydan sonra əlavə qidalarla birlikdə ana südünə davam olunmalıdır.

- Uşağın fiziki sağlamlığına nəzarət: pediatrik müayinələr müntəzəm şəkildə aparılmalıdır.

- Peyvəndlər vaxtında və tam şəkildə vurulmalıdır.

- Vitamin və mineral balansı qorunmalıdır (D vitamini, dəmir və s.).

- Skolioz, görmə, eşitmə, motor inkişaf kimi problemlər erkən müəyyən olunmalıdır.

- Zehni və emosional inkişafı dəstəkləmək: uşağa sevgi və təhlükəsizlik hissi verilməlidir. Onunla tez-tez danışmaq, kitab oxumaq və birlikdə oyun oynamaq beyin inkişafını gücləndirir.

- Sakit və sabit ailə mühiti formalaşdırılmalıdır.

- Qidalanma və həyat tərzi: sağlam, balanslı və yaşa uyğun qidalanma təmin olunmalıdır.

- Hazır qidalar, şəkərli içkilər və fast fooddan uzaq tutulmalıdır.

- Uşaq fiziki aktivliyə təşviq olunmalı, hərəkətli oyunlara zaman ayrılmalıdır.

- Günlük rejim və yuxu: uşağın yaşına uyğun yatma və oyanma saatları olmalıdır. Yuxu rejiminə əməl olunması uşağın fiziki və zehni inkişafına müsbət təsir göstərir.

- Rəqəmsal texnologiyalarla balanslı münasibət: televizor, planşet, telefon istifadəsi minimumda saxlanmalıdır, xüsusilə 2 yaşa qədər. Texnologiya əvəzinə yaradıcı oyunlar və kitablar üstün tutulmalıdır.

- Sosial bacarıqlar və əxlaqi dəyərlər: uşağa paylaşmaq, nəzakət, məsuliyyət kimi dəyərlər öyrədilməlidir. Uşaq həm ailədə, həm də cəmiyyətdə hörmət və qayğı görməli, eyni zamanda bu davranışları özü də göstərməyi öyrənməlidir.

- Valideynin özünü inkişaf etdirməsi: Valideynlər öz psixoloji sağlamlıqlarına diqqət etməli, stress və emosional gərginlikdən uzaq durmalıdırlar.

- Valideynlər mütəmadi olaraq. mütəxəssislərlə əməkdaşlıq etməlidirlər: Uşaq psixoloqu, loqoped, fizioterapevt, pediatr və s. mütəxəssislərlə erkən mərhələlərdə əməkdaşlıq etmək daha sağlam inkişafı təmin edir.

“Sağlam uşaq" təkcə xəstə olmayan, bədəncə sağlam uşaq deyil. Sağlamlıq həm də zehni, emosional, sosial və mənəvi inkişafı əhatə edir. Belə uşaq ailənin sevinci, sabitliyinin əsas sütunudur. Sağlam uşaq daha yaxşı inkişaf edir. Zəka, danışıq və motor bacarıqları vaxtında formalaşır.

Sağlam uşaqlar böyüyən ailədə stress azalır. Valideynlər daha rahat və xoşbəxt olur. Sağlam uşağın gülümsəməsi ailəyə sevinc və ümid verir, ailə münasibətləri güclənir.

Unutmayaq ki, sağlam bir uşaq – sabahın sağlam və güclü vətəndaşıdır.

Sağlam uşaqla böyüyən ailə – daha güclü cəmiyyətin təməlidir. Valideynin hər diqqətli addımı – gələcək nəsillərin xoşbəxtliyinə sərmayədir”-deyə həkim-pediatr Şəhla Hacıyeva qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 İyul 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see173

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see161

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see143

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see139

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see134

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see130

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see130

Gəncə Dövlət Universitetinin magistr tələbələri ilə görüş keçirilib FOTO

09 Oktyabr 2025 16:34see129

Mətanət Əsədova: “Ana kimi sevdiyim Əminə xanım getdi...” VİDEO

09 Oktyabr 2025 16:44see129

Əl Ərəbiyyə: Həmas Qəzza razılaşmasına əsasən tam tərksilahdan imtina edir

09 Oktyabr 2025 17:40see128

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see126

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see125

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see125

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

09 Oktyabr 2025 23:18see122

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see120

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see120

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see119

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see118

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see118

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri