Icma.az
close
up
RU
Ailə institutunu qorumaq üçün təklif edilən reseptlər

Ailə institutunu qorumaq üçün təklif edilən reseptlər

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Psixoloji uyğunsuzluq və zorakılıq probleminə qarşı tədbirlər

Ailələrin dağılmasında ən çox rast gəlinən səbəblərdən biri də psixoloji uyğunsuzluq və zorakılıq amilidir. Tərəflər arasında emosional bağın zəifliyi, ünsiyyət çatışmazlığı, bir-birini dinləməmək vərdişi münasibətləri zədələyir. Qarşılıqlı anlaşmanın olmamasıdan yaranan gərginliklər zamanla dərinləşir və ayrılıq qaçılmaz olur. Burada yalnız emosional bağlılıq deyil, eyni zamanda empati və psixoloji ehtiyacların qarşılanması da mühüm rol oynayır. Psixoloji dəstək, peşəkar yardım imkanlarından istifadə edilməməsi isə vəziyyəti daha da ağırlaşdırır. Nəticədə məişət zorakılığı halları artır.

Son illərdə məişət zorakılığı üzrə yaşanan hadisələrin sayıqlobal səviyyədə artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında qeyd olunur ki, dünyada hər üç qadından biri həyatının müəyyən mərhələsində fiziki və ya emosional zorakılığa məruz qalır. (https://www.dosomething.org/us/facts/11-facts-about-domestic-and-dating-violence).

Zorakılıq özünü fiziki, psixoloji, iqtisadi, həmçinin, cinsi münasibət formasında büruzə verir. Bu hallar ailənin sağlam inkişafını əngəlləyir, xüsusən uşaqların psixoloji sağlamlığına dərin zərbə vurur. Beynəlxalq təşkilatların (UN Women və UNICEF) məlumatlarına əsasən, zorakılıq mühitində böyüyən uşaqların gələcəkdə ya zorakı davranışları təkrarlamaq, ya da travmatik psixoloji pozuntular yaşamaq ehtimalı 2–3 dəfə artır. Bu baxımdan, məişət zorakılığı yalnız fərdi deyil, cəmiyyətin ümumi psixoloji rifahına yönəlmiş bir təhlükədir.

Hazırda məişət zorakılığının qarşısının alınması üçün Azərbaycan da daxil olmaqla dünyanın 161 ölkəsində hüquqi və sosial mübarizə tədbirləri həyata keçirilir. Xüsusi proqramlar hazırlanaraq icra edilir (https://www.unwomen.org/en/what-we-do/ending-violence-against-women/facts-and-figures). Mütəxəssislər hesab edirlər ki, ailə üzvləri zorakılıq halları ilə üzləşərkən, bunu “ailə sirri” adlandırıb gizli tutmaqla, problem daha da dərinləşdirirlər. Vəziyyətdən çıxış üçün müasir institutlara üz tutmağı, dövlət proqramlarından yararlanmağı tövsiyə edirlər.

Ənənəvi dəyərlərin aşınması və mədəni parçalanma

Texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və qloballaşma nəticəsində ailə institutunun əsasında dayanan ənənəvi dəyərlər zəifləməkdədir. Müasir dövrün gəncləri fərdi həyata və şəxsi azadlıqlara daha çox önəm verirlər, ailə məsuliyyətindən yayınmağa meyillənirlər. Uzunmüddətli öhdəliklərdən qaçmaq, münasibətləri qısa müddətli əsasda qurmaq və öhdəliksiz birlikdəyaşama kimi tendensiyalar ailənin strukturunu zəiflədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin aparıcı məsləhətçisi Ləman Mahmudova bu məsələyə belə aydınlıq gətirir: “Stressə dözümlülük, emosional sabitlik və problemin həll bacarığı müasir ailələrdə getdikcə azalır. Sosial şəbəkələrə aludəlik, ailədə asudə vaxtın düzgün təşkil edilməməsi ailədaxili ziddiyyətlərə səbəb olur”.

Bununla yanaşı, müasir dövrdə ailə üzvlərinin bir-birinə psixoloji dəstək vermək bacarığı zəifləyib. Mədəniyyətlərarası təsirlər və beynəlxalq modellərin yerli ailə strukturlarına təlqin olunması, bəzən ailədaxili dəyərlər sistemi ilə ziddiyyət təşkil edir. Xüsusilə gender rollarının dəyişməsi və bərabərlik anlayışının yanlış interpretasiyası ailədaxili münasibətlərdə iyerarxik sistemin pozulmasına səbəb ola bilir. Məmmədova hesab edir ki, ailələr social şəbəkələrdə və digər efirlərdə rastlaşdıqları “ailə münasibətlərini” hazır şəkildə alıb özlərinə təqdim etməməlidirlər: “Ailənin ümumi prinsipləri kimi, fərdi xüsusiyyətləri də mövcuddur. Əgər efirdə görünənlərin ailədə tətbiqi problemlərə yol açırsa, insanlar həmin zərərli “yeniliklərdən” uzaq durmağı bacarmalıdırlar”.

Sosial-iqtisadi dəyişikliklər və ailənin transformasiyası

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə isə hesab edir ki, ailə institutu zəifləmir, yeni dövrə transformasiya olunur: “Bu gün ailə institutunun zəifləməsindən deyil, onun dəyişməsi və yeni şəraitə uyğunlaşmasından danışmaq daha düzgündür”.

Doğrudan da, ailə yalnız ənənələrin daşıyıcısı deyil, həm də sosial, iqtisadi və mədəni reallıqların məhsuludur. Məsələn, müasir ailələrdə qadınların iş həyatına qatılması, bir çox hallarda ailə daxilində rolların yenidən bölünməsinə gətirib çıxarır. Bu isə uyğunlaşma qabiliyyəti zəif olan ailələrdə münaqişə riskini artırır : “Boşanma statistikasının artması da bu dəyişikliklərin nəticəsidir. Azərbaycanda son illərdə boşanma hallarında müşahidə olunan artım yalnız münasibətlərin pozulması ilə bağlı deyil, həm də nikah sayının azalması, gənclərin evliliyə yanaşmasındakı dəyişikliklər və demoqrafik strukturun transformasiyası ilə bağlıdır.

Tədqiqatlar göstərir ki, nikah yaşına çatanların sayının azalması evlənənlərin ümumi sayına təsir edir. Eyni zamanda əvvəlki nəsillərdə daha çox nikah bağlandığı üçün həmin nəsildə boşanma hallarının da statistika baxımından çox görünməsi təbiidir. Bu rəqəmlər bəzən yanlış təəssürat yaratsa da, ailə institutunun köklü şəkildə dağılmasından deyil, inkişaf və yenilənmə prosesindən xəbər verir”.

Fərqli mənbələrin verdikləri bilgiləri uzlaşdırıb təhlil edərkən belə nəticə çıxır ki, ailə anlayışı zamana uyğun olaraq formasını dəyişir, funksiyalarını yenidən təyin edir, yeni sosial reallıqlara uyğunlaşmağa çalışır. Bu baxımdan ailə institutunun qorunması üçün sadəcə ənənələrə sığınmaq deyil, həm də müasir çağırışlara uyğun psixoloji, hüquqi və sosial mexanizmlər inkişaf etdirilməlidir.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.

Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri