Icma.az
close
up
RU
Ailə institutunun modernləşdirilməsi üçün tətbiq edilməsi zəruri olan yeniliklər

Ailə institutunun modernləşdirilməsi üçün tətbiq edilməsi zəruri olan yeniliklər

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Əvvəlki məqalələrimizdə ailə institutuna təsir edən ictimai faktorlar barədə məlumat verdik. Bu sırada ənənəvi media subyektlərinin, sosial media platformalarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin fəaliyyətini qeyd etdik. Ümumi qənaət budur ki, adı çəkilən təsisatlar ailə institutunun qorunub saxlanılması, inkişaf etdirilməsi və müasir dövrün tələblərinə uyğun şəkildə modernləşdirilməsi baxımından mühüm rol oynayırlar. Lakin onların təsirləri heç də həmişə pozitiv olmur, bəzi hallarda neqativ mahiyyət daşıyır.

Medianın rolu və ziddiyyətlər

Bu kontekstdə xüsusi olaraq media təsisatlarının fəaliyyəti ön plana çıxır. Beynəlxalq təşkilatlar ailə modelinin modernləşdirilməsi, ailədaxili münasibətlərdə gender bərabərliyi və sağlam ünsiyyətin təşviqi istiqamətində maarifləndirmə işlərinin aparılmasını çox zaman məhz peşəkar medianın fəaliyyətinə bağlayırlar. Lakin onların hesabatlarında qeyd olunur ki, media subyektləri ailə, uşaq və qadın problemlərindən yazarkən bəzən sensasiya yaratmaq, auditoriya qazanmaq məqsədilə etik prinsipləri pozurlar. Bu isə zərərçəkmişlərə ikinci dəfə psixoloji zərbə vurur, zorakılıq hadisələrinə qarşı cəmiyyətin həssaslığını azaldır.

Avropa Şurası Nazirlər Komitəsinin “Kütləvi informasiya vasitələrinin yeni anlayışına dair 7 saylı tövsiyəsi” də bu məsələlərə xüsusi diqqət yetirir. Sənəddə vurğulanır ki, media materiallarını hazırlayan şəxslər ailə məsələlərinə toxunarkən stereotipləri gücləndirmək əvəzinə, onların aradan qaldırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməlidirlər. Təəssüf ki, bu prinsiplər çox zaman nəzərə alınmır. Xüsusən də sosial şəbəkələr müstəvisində ailə ilə bağlı mövzular çox zaman populizmə qurban verilir, “like” qazanmaq naminə mövzular bayağılaşdırılır. UNICEF-in 2023-cü ildə yaydığı hesabatda göstərilir ki, sosial şəbəkələrdə zorakılıq hadisələrinin sensasion təqdimatı uşaq və gənclərin psixikasına mənfi təsir göstərir, zorakılığı normallaşdırır.

2020-ci ilin statistikalarına görə, dünya üzrə 4.2 milyard insan sosial şəbəkə platformalarından istifadə edir. Bu faktor həm də ailə institutuna dair yayılan yanlış məlumatların təsirini daha da artırır. Məsələn, "Instagram" və "TikTok" kimi platformalarda ailəiçi problemləri dramatikləşdirən, boşanma və zorakılıq hadisələrini müsbət mənada təqdim edən kontentlər paylaşılır. Bu isə gənclər arasında ailəyə dair mənfi stereotiplərin yaranmasına səbəb olur.

Təhsilin rolu və boşluqlar

İradlar yalnız media ilə məhdudlaşmır. Mütəxəssislərin fikrincə, təhsil sektoru da ailə institutunun formalaşdırılması sahəsində üzərinə düşən vəzifələri tam yerinə yetirmir. Elmi nəzəriyyələrdə qeyd olunur ki, ailə institutunun inkişafı təhsildən ayrı düşünülə bilməz. Güclü və sağlam ailələrin yetişməsi üçün təkcə ailədaxili resurslar deyil, eyni zamanda təhsil müəssisələrinin fəal rolu da tələb olunur.

UNİCEF tərəfindən 2018-ci ildə ABŞ-də aparılan tədqiqatlara dair hesabatda qeyd edilir ki, valideynlərin təhsil müəssisələri ilə əməkdaşlıq etməsinin, uşaqların psixoloji inkişafına müsbət təsir göstərir: “Ailə və təhsil bir-birini tamamlayan, bir-birini gücləndirən iki əsas sütundur. Onların əməkdaşlığı cəmiyyətin rifahına birbaşa təsir göstərir. Məktəblərdə və universitetlərdə ailə münasibətləri, məsuliyyət, qarşılıqlı hörmət və sevgi kimi fundamental anlayışların tədrisi gənclərin gələcəkdə sağlam ailə qurmasına zəmin yaradır”.

Təhsil eksperti Rizvan Fikrətoğlu bizimlə söhbətində bildirdi ki, Azərbaycan təhsil müəssisələrində ailə institutunun möhkəmləndirilməsinə yönəlik ciddi işlər görülür. Amma bununla yanaşı, bəzi boşluqlar qalmaqdadır: “Məktəblərdə “Həyat bilgisi” və “Azərbaycan tarixi” fənlərində ailə dəyərləri yalnız dolayı şəkildə əhatə olunur, sistemli proqram yoxdur. Valideyn iclasları formal xarakter daşıyır, praktik tərbiyə mexanizmləri zəifdir. Nə orta, nə də ali təhsil pilləsində “ailə qurmağa hazırlıq” və ya “ailə psixologiyası” mövzuları ayrıca fənn kimi tədris edilmir”.

Ekspertin fikrincə, məktəb psixoloqlarının fəaliyyəti məhduddur, ailədəki sosial problemlərin təhsildə nəzərə alınması mexanizmləri zəifdir. Bu isə uşaqların ailə mühitindəki çatışmazlıqların məktəb həyatına da sirayət etməsinə gətirib çıxarır.

Yeni yanaşmaların zərurəti

Rizvan Fikrətoğlu həmçinin vurğulayır ki, peşəkar mediada və sosial şəbəkələrdə ailə ilə bağlı ikili mesajlar verilir. Bir tərəfdən ailə dəyərləri təbliğ olunur, digər tərəfdən isə boşanma, zorakılıq və qeyri-sağlam münasibətlərə loyal yanaşmanı təşviq edən kontentlər paylaşılır. Bu isə gənclərin ailəyə inamını zəiflədir. Mütəxəssisin fikrincə, çıxış yolu təhsilin bütün pillələrində ailə ilə bağlı sistemli proqramların hazırlanmasıdır: “Bağçadan başlayaraq ali məktəbədək mərhələli şəkildə “Ailə sosiologiyası”, “Ailə psixologiyası”, “Gender və ailə münasibətləri” kimi fənlərin tədrisi vacibdir. Bu dərslərdə yalnız nəzəri biliklər deyil, interaktiv metodlar, psixoloji dəstək, real ailə həyatına hazırlıq mexanizmləri öyrədilməlidir”.

UNESCO-nun təhsil və ailə ilə bağlı tövsiyələrində də qeyd olunur ki, “təhsil yalnız məktəbdə deyil, ailə və cəmiyyətlə birgə həyata keçirildikdə dayanıqlı nəticə verir”.

Deyilənlərdən belə nəticə çıxır ki, ailə institutunun qorunması üçün təkcə ənənəvi tədbirlər kifayət deyil. Burada həm media, həm təhsil, həm də vətəndaş cəmiyyətinin üzərinə böyük məsuliyyət düşür. Jurnalistlər ailə mövzularına daha həssas yanaşmalı, sensasiyadan uzaq durmalı, maarifləndirici kontent hazırlamalıdırlar. Təhsil sistemi isə ailə dəyərlərinin təbliğini formal yox, sistemli və davamlı prosesə çevirməlidir.

Ailə institutunun möhkəmlənməsi üçün strateji, ardıcıl və elmi əsaslara söykənən yanaşmalar tətbiq olunmalıdır. Yalnız bu halda ailə cəmiyyətin dayaq sütunu olaraq öz mövqeyini qoruyub saxlayacaq və gələcək nəsillər üçün sağlam sosial mühit yaradacaq.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.

Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri