Icma.az
close
up
RU
Dünyada ədalətin bərpası üçün zəruri olan amillər

Dünyada ədalətin bərpası üçün zəruri olan amillər

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin martın 14-də “Euronews” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər, verdiyi mesajlar regionumuzda, ətraf coğrafiyalarda, eyni zamanda, qitə ölkələrində baş verən siyasi proseslərin və münaqişələrin düzgün təhlili və beynəlxalq birlik üçün ciddi nəticələr çıxarılması baxımından konseptual əhəmiyyəti ilə diqqəti cəlb etdi.
Azərbaycan Prezidenti ilk növbədə ölkəmizdə keçirilən XII Qlobal Bakı Forumunun bəşəriyyəti narahat edən düşündürücü məsələlər, qlobal proseslər barədə obyektiv qiymət verilməsində mötəbər kürsüyə çevrildiyini xatırlatdı. Bildirdi ki, dünyanın ictimai-siyasi elitasını, beynəlxalq təşkilatların rəhbərlərini, aparıcı beyin mərkəzlərini bir araya toplayan bu mötəbər platformada ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə müxtəlif fikir və mövqelər, fərqli yanaşmalar diqqətə çatdırılır. Bu da Forumun demokratik və azad fikir tribunası kimi əhəmiyyətini artırır.
Dünyanın 50 ölkəsinin sabiq və indiki dövlət və hökumət başçısı səviyyəsində səslənən fikirlər, irəli sürülən ideyalar, cızılan yol xəritələri Azərbaycanı siyasi qərarlarının müzakirə olunduğu əsas platformalardan birinə, hətta birincisinə çevirib.
Dövlətimizin başçısı dünyanın aparıcı media resursuna bu müsahibəsində bütövlükdə qlobal geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda baş verən humanitar defoltla bağlı özünün fərqli və müstəqil baxış bucağını, analitik strateji düşüncəsini və yanaşmasını ifadə etməklə beynəlxalq ictimaiyyətin yaddaşını təzələyir. O, dünya nizamının artıq mövcud olmadığı bir zamanda dövlətlərin hansı istiqamətdə hərəkət etməli olduğu ilə bağlı müdrik ideyalarını bölüşür. “Dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil”.
Beynəlxalq hüququn etimadının sarsıldığı, beynəlxalq institutların dünya ölkələrinə qarşı siyasi laqeydliyin artdığı bu çətin və mürəkkəb dönəmdə hər bir ölkənin üzərinə indi daha çox məsuliyyət düşür. Bəzi beynəlxalq təşkilatların zəifliyi və ya tamamilə iflic vəziyyətə düşməsi dövlətləri qlobal siyasi təminatsızlıqla üzləşdirir, planetin hər bir üzvü öz dayanıqlı gələcəyi, müqəddəratı üçün milli gücə sığınmağa məcbur qalır.
“Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək”.
Azərbaycan Prezidenti olduqca dürüst, uzaqgörən məntiqlə izah edir ki, qlobal dəyişikliklər geosiyasi mənzərəni düzgün təhlil edərək düzgün qərarlar qəbul etmək üçün sağlam düşüncə və fərqli mövqe tələb edir. O, iti zəka və dərin praqmatizmlə anladaraq dünya ölkələrinin liderlərinə mesaj verir ki, müharibə və münaqişələrlə yanaşı, təchizat və logistika zəncirlərində qırılmalar qlobal çağırış kimi dövlətlərin birbaşa öz daxili imkanlarına daha çox diqqət ayırmasını tələb edir. Hansısa yardıma və beynəlxalq hüquqa arxalanmadan hər bir ölkə milli inkişaf arxitekturasını möhkəmləndirməlidir. Mövcud situasiyalar Azərbaycan üçün yad deyil. Dövlətimizin başçısı qeyd edir ki, Azərbaycan uzun illər beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olmaqla tarixi ədalətsizlik, ikili standartlar şəraitində milli ideya, milli dövlətçilik və resurs potensialını gücləndirib, milli güc blokları üzərində öz problemlərini həll edib. Eyni zamanda, daxili mili resurslar üzərində etibarlı və etimadlı milli cəmiyyət qurub.
Azərbaycan özünün zəngin resurslarına və insan kapitalına güvənərək unikal iqtisadi idarəetmə modeli ilə son 20 ildə fövqəladə güc potensialı landşaftı formalaşdırıb, beynəlxalq birliyin “ədalətinə” deyil, özünün sahib olduğu həmin möhkəm sütunlara arxalanaraq suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Milli suverenliyin bərqərar olmasından sonra daha da güclənən resurs-inkişaf drayverləri üzərində rifaha aparan gələcəyini qurur.
“Biz milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir” - deyə bəyan edən Azərbaycan Prezidenti son illərdə baş verənlərin təkcə nəzəriyyə deyil, Azərbaycanın yaratdığı yeni təcrübə, model olduğunu vurğulayır.
Cənab İlham Əliyev “Euronews”a müsahibədə Azərbaycanın sülh quruculuğunda özünün təşəbbüskar iradəsinə diqqət çəkərək hər zaman olduğu kimi dinc yaşayış layihəsinə sadiqliyini bəyan etdi. O, Cənubi Qafqaz regionunun sabitliyi və rifahı, gələcəyi üçün narahatlığını ifadə edərək dayanıqlı sülh təminatında yorulmadan çalışdığını, təcavüzkar Ermənistanın özünün gələcəyinin zəmanəti olacaq barış xəritəsini hazırladığını vurğuladı.
“Növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Bu regionla əlaqədar geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”.
Azərbaycan Prezidenti İrəvana mesaj verir ki, sülh sazişi imzalanmayana qədər Ermənistan regional inteqrasiyadan, inkişafdan geri qalmaqda davam edəcək və geosiyasi qarşıdurmanın qurbanına çevriləcək.
Beləliklə, indiki həssas dönəmlərdə mövcud risk və təhlükələrin aradan qaldırılması ölkələr arasında ikitərəfli əməkdaşlığı daha da ön plana çıxarır, tərəflər arasında həmrəyliyi aktuallaşdırır. Hansı regionda, qitədə yaşamasından asılı olmayaraq hər kəsin üzərinə indi ikiqat məsuliyyət düşür və bir-biri ilə sıx əməkdaşlıq çərçivəsində irəliyə getmək zərurəti yaranır.
Bir sözlə, Azərbaycan Prezidentinin müsahibədə önə çəkdiyi ciddi nüansların hər biri dünyanın nəhəng media resurslarının, nüfuzlu araşdırma və beyin mərkəzlərinin qlobal proseslərlə bağlı dərin təhlil və proqnozlaşdırılma aparmaq baxımından zəngin mənbə hesab edilə bilər.
Ramid Namazov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Mart 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see404

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see398

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see309

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see301

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see298

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see295

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see282

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see275

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see267

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see265

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see236

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see234

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see230

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see216

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see210

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see204

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see198

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see190

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see187

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri