Icma.az
close
up
RU
Ailə mübahisəsi faciə ilə bitdi: Oğul atasını öldürdü, meyiti gizlətməyə çalışdı

Ailə mübahisəsi faciə ilə bitdi: Oğul atasını öldürdü, meyiti gizlətməyə çalışdı

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Balakən rayonun 2008-ci il təvəllüdlü Cavid Bayramov ailə münaqişəsi zəminində 1975-ci il təvəllüdlü atası Qəhrəmanı qətlə yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 22 dekabr 2023-cü ildə baş verib. Cavid həmin gün saat 16-17 radələrində birlikdə yaşadıqları evlərinin mətbəxində atası Qəhrəmanın anası Arzu ilə mübahisə edərkən onun boğazına bıçaq dirəməsindən, təhqir etməsindən, öldürməklə hədələməsindən və döyməsindən əsəbləşib. 
O, əvvəlcədən qonşusuna vermək məqsədi ilə mətbəxin eyvanından götürüb, lakin həmin mübahisənin böyüməsindən qorxaraq qonaq otağında saxladığı balta ilə mətbəxə keçib və Qəhrəmanın arxa tərəfdən başının ənsə nahiyəsinin yuxarı hissəsindən köndələn istiqamətdə vurub. 
Daha sonra zərbənin təsirindən arxası üstə döşəmə üzərinə yıxılmasını gördükdə isə balta ilə atasının sifətinin sağ və sol almacıq nahiyələrindən 2 dəfə vurub. Qəhrəman Bayramov aldığı xəsarətlərdən ölüb. 
Hadisəni törədən Q. Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, evdə olan zaman anası balığı doğramaq üçün onu qonşuya baltalarını götürməyə göndərib: “Mən də birinci mərtəbədə yaşayan Məryəmgildən baltanı götürərək evə qayıtdım. Anam balığı doğradıqdan sonra həmin baltanı eyvana qoydum. Bir müddət sonra mətbəxdən anam ilə atamın mübahisə etdiklərini eşitdim. Atam anamın üstünə qışqırdı. Daha sonra eyvandakı baltanı götürərək qonşuya geri vermək üçün eyvana çıxdığım zaman atamın araq içə-içə anamla mübahisə etdiyini gördüm. Baltanı götürərək evdən çıxmağı qərara alsam da, atamın daha da əsəbləşdiyini, əvvəlkinə nisbətən çox qışqırdığını gördüm. Evdən çıxmaq fikrindən yayındım və baltanı qonaq otağına qoyaraq anamla atamın danışığına qulaq asdım. Atamın anama nəsə edər deyə evdən çıxmadım. Onlar olan tərəfə baxan zaman atam əlinə bıçaq götürdü, anamın boğazına dirədiyini gördüm. Atamın anamı öldürəcəyindən qorxaraq qonaq otağına qoyduğum baltanı götürdüm. Anamı xilas eləmək üçün atama arxa tərəfdən yaxınlaşaraq onun başının arxasından balta ilə vurdum. Atam arxası üstə yerə yıxıldıqda anam bunu görərək qorxdu. Məni atamdan uzaqlaşdırmağa çalışsa da, əlimdəki balta ilə atamın sifətinin əvvəlcə sağ, daha sonra sol tərəfindən vurdum”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra anasına polisə təslim olmağa gedəcəyini bildirib: “Anam buna imkan vermədi və təslim olduğum təqdirdə özünü öldürəcəyini bildirdi. Sonra anam qardaşım İlyasa zəng edərək evə gəlməyini tapşırdı. Sonra qardaşım idarə etdiyi maşınla gəldi. Anamla avtomobilə oturaraq qardaşıma hadisəni danışdıq. Qardaşım polisə təslim olmağı təklif etdi. Bu zaman anam buna imkan vermədi və qardaşıma mənim təslim olduğum təqdirdə özünü öldürəcəyini bildirdi. Qardaşı avtomobili yaxınlıqdakı mağazaya tərəf sürərək mağazadan özünə siqaret aldıqdan sonra birlikdə evə qayıtdıq. Qardaşım da mətbəxdə atamın meyitinə baxdı. Meyiti kənara qoyaraq evi təmizləmək qərarına gəldik. Ona görə də qardaşım marketə gedərək meyiti bükmək üçün sellofan aldı. Aldığı sellofanların birini meyitin baş tərəfindən, digərini isə ayaq tərəfindən keçirərək meyiti tam bağladıq. Sonra meyiti mətbəxdə bir kənara qoyduq və qana bulaşmış yerləri evdəki əskilərlə sildik, sellofana yığdıqdan sonra meyiti apararaq uzaq bir yerə atmaq qərarına gəldik. Ona görə də meyiti atacağımız yeri axtarmağa başladıq. Bundan sonra evə qayıtdıq”. 
Cavid Bayramov qeyd edib ki, evdə olarkən meyiti İsaxlıgirmə kəndindəki körpüdən çaya atmağı qərara alıblar: “Gecə radələrində qardaşım ilə birlikdə atamın meyitinin avtomobilin arxa oturacağına əyləşdirdik. Bundan başqa evdəki qanı sildiyimiz əskilərin yığıldığı sellofanı avtomobilin yük yerinə qoyduq. Anam maşında qardaşımın yanındakı oturacaqda əyləşdi. Qardaşım avtomobili idarə edərək körpüyə tərəf getdik. İlyas avtomobili körpünün yanında saxladıqdan sonra birlikdə meyiti avtomobildən düşürdük və körpünün üzərinə uzatdıq. Meyiti körpünün üzərindən çaya atdıq. Meyitin üzərindən çıxardığımız sellofanları avtomobilin yük yerindəki sellofanın içinə qoyduq. Bundan sonra həmin sellofanları gizlətmək üçün əmimə məxsus, hazırda heç kəsin yaşamadığı Qazma kəndindəki evinə getdik. Həmin əşyaları ora atdıq. Bundan sonra əmim arvadı Aytənə guya atamın evdən çıxaraq qayıtmadığını, atamın harada olduğunu bilmədiyimizi bildirdik. Aytən atamın İlqargilə gedə biləcəyini dedi. Bunun üçün əmim İlqargilə də getdik. Lakin həmin evdə heç kim olmadığı üçün gecə öz evimizə qayıtdıq”.
İş üzrə zərərçəkmiş Qəhrəman Bayramovun hüquqi varisi olan qardaşının sözlərinə görə, Qəhrəman dəfələrlə qanunsuz olaraq narkotik vasitə istifadə etdiyindən məhkum edilib: “Sonuncu dəfə isə təxminən bir həftə əvvəl məhkəmə tərəfindən ev dustaqlığına buraxıldı. Qəhrəmanın evə qayıtmasından xəbərim olmayıb. 23 dekabr 2023-cü ildə, saat 2-3 radələrində qardaşım Rəsulun arvadı Aytən zəng edərək Qəhrəmanın arvadı Arzunun yaşadıqları evə gəldiyini, Qəhrəmanın evdən çıxıb getdiyini, onu tapa bilmədiklərini dediyini bildirdi. Mən də saat gec olduğundan səhəri gözlədim. Tezdən digər bacım və qardaşlarıma zəng edərək Qəhrəmanın harada olmasını soruşdum. Lakin qohumlarım Qəhrəmamın harada olduğunu bilmədik. Onlar da Qəhərmanın hansısa dostu və ya qohumugilə gedərək orada qaldığını düşündülər. Daha sonra dekabrın 23-də günorta saatlarında qardaşım Qəhrəmanın meyitinin İsaxlıgirmə kəndindən keçən çayda tapıldığını öyrəndik. Bundan sonra Qəhrəmanın arvadı Arzu ilə mübahisə etdiyi vaxt onun kiçik oğlu Cavidin balta ilə Qəhrəmanı vurduğunu eşitdim. Qəhrəmangilin yaşadıqları ev yaşadığım evdən uzaqda yerləşdiyindən tez-tez gedib-gəlmədiyimə görə həmin evdə hansısa bir mübahisənin olub-olmamasını bilməmişəm”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cavid Bayramov 7 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see257

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see199

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see183

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see169

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see139

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see137

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see137

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see135

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see133

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see131

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see131

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see131

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see130

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see127

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see126

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see126

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see122

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see121

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see121

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri