Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Ailə müəsissəmiz SOS verir: Bu gün deyilsə, nə vaxt?..

Ailə müəsissəmiz SOS verir: Bu gün deyilsə, nə vaxt?..

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bir vaxt "qloballaşma" sözünü eşidəndə çoxumuz döyüşə hazırlaşan əsgər kimi qalxanımızı başımıza tutub müdafiə vəziyyəti alırdıq. Sanki bir an sonra haradansa tanımadığımız, bilmədiyimiz bir ordu bizə hücum edəcək, hər şeyimizi əlimizdən alacaq və bizi məcburən dəyişib başqa bir tipə çevirəcəkdi. Bu cür düşünənlərimiz o andaca "mentalitet", "milli-mənəvi dəyərlər", "vətən-millət", "namus-qeyrət" fəryadları qopararaq: xalqı minillik dəyərlərimizə sarılmağa çağırırdılar. İllər keçdi, heç kim bizi dəyişməyə, qloballaşdırmağa gəlmədi, amma biz dəyişdik, qloballaşdıq, həm də sevə-sevə, qaça-qaça, könüllü olaraq dəyişdik...
Sirr deyil ki, milli-mənəvi dəyərlərimizdən danışanda ağlımıza gələn ilk ünvan ailə olur. Həqiqətən də, əsrlər boyu arına-arına, cilalana-cilalana ailə-məişət qanunlarımız formalaşıb. Azərbaycan ailəsinin təməlində ismət və fədakarlıq anlayışı aparıcı amillər olub. Yəni, ailə quran fərdlər bir-birilərinin hər əzabına, hər əziyyətinə qatlaşıblar. Ona görə də, əsrlər boyu Azərbaycanda ailənin dağılması böyük bir faciə, böyük bir fəlakət kimi qarşılanıb.
Ancaq çox təəssüf ki, son dövrlərdə mənəviyyatımızın digər sahələrində olduğu kimi ailə-məişət münasibətlərimizdə də ciddi aşınmalar müşahidə olunur. Artıq ailə fərdləri arasında o əvvəlki ismətdən, o əvvəlki fədakarlıqdan da əsər-əlamət yoxdur. Necə deyərlər, hamı özünü haqlı sayır və heç kim öz haqqından keçmək istəmir. Ən dəhşətlisi isə artıq ailə anlayışının özü də mahiyyətini dəyişir. Üstəlik, bu, get-gedə daha sürətlə yayılmağa başlayır. Nəticədə, yeni ünsiyyətlər, yeni münasibətlər formalaşır. Az qala tərəflərdən heç biri öz boynuna məsuliyyət götürmək istəmir. Nə sevginin, nə səmimiyyətin təravəti qalır. Hisslərin, duyğuların qarşısında az qala dərin bir uçurum meydana gəlir. Az qala ailədə tərəflər bir-birilərinə müvəqqəti yol yoldaşı kimi baxırlar. Təbii ki, belə olan halda bu ailənin sona qədər uzanmaq ehtimalı da azalır. Bu cür ailələrdə doğulan uşaqların da aqibəti, demək olar ki, heç də ürəkaçan olmur. Başqa sözlə, belə uşaqların bu gün doğulduqları ailələrdə yaşadıqları problemlər sabah qurduqları ailələrdə də davam edir. Beləlliklə, bu ailələr bir az da irsi problemlər üzərində qururlur.
Bəli, boynumuza alaq ki, nə qədər ağır, nə qədər dəhşətli olsa da, günümüzün reallığı budur. Əlli il əvvəl bir kənddə bir ailənin dağılması az qala böyük bir faciə, böyük bir fəlakət hesab olunurdusa, indi statistik göstəricilərə görə hər üç, reallıqda isə hər iki izdivacdan biri acı sonluqla tamamlanır. Vətəndaş nikahı adı altında nikahsız, kəbinsiz yaşayırlar və beləcə, bir-birilərinə qarşı məsuliyyət altına girməkdən imtina edirlər. Bu "birlik" isə həm ailə institutumuza, həm də cəmiyyətimizə nə qədər zərbə vurur, bunu dərk etmək yəqin ki, çətin deyil.
Təbii ki, bu halların yayılmasında bu sahəni "işıqlandıran" teleproqramların da rolu az olmur. Çünki ailə institutumuzun sütunlarını gəmirən bu problemlər açıq müzakirə mövzusuna çevrilərək, daha geniş tamaşaçı kütləsi toplamaq üçün televiziya proqramlarına ayaq açır. Üstəlik, bu proqramlardakı mənzərələri və ya söhbətləri yazıya almaq üçün yazıçı fantaziyasına da ehtiyac yoxdur. Hər gün məlum saatlarda ekran qarşısında oturun, yerli kanallarımıza tamaşa edin, elə hadisələrin şahidi olacaqsınız ki, damarınızda qanınız quruyacaq, uzun müddət özünüzə gələ bilməyəcəksiniz. Psixikası alt-üst olmuş, insani dəyərləri tapdayıb keçmiş elə insanlar görəcəksiniz ki, o dəyərlər gözünüzdən düşəcək.
Ən dəhşətlisi nədir bilirsinizmi? - Saydığımız bu nümunələrin sayı efirimizdə o qədər çoxdur ki, artıq bu cür dəhşətlər adamların gözündə adiləşir, sanki insanların əsəbi, qəzəbi korşalır, laqeyd olmağa başlayırlar. Kanallar da o proqramlar baxılsın, reytinq qazansın deyə, bu cür faciəvi halları qaçırmır, günlərlə uzadaraq, tamaşaçı kütləsini artırmağa çalışırlar. Nəticədə, o cür proqramlara aludə olan kütlə üçün o cür xəyanət, hətta bəzi hallarda cinayət halları sanki adiləşir, insanımız artıq "mənə nə" bəlasını həzm etmiş olur. Bu isə milli-mənəvi gözəlliklərimizin (dolayısı ilə mentalitetimizin) nə qədər ciddi fəlakətlə üz-üzə qaldığını göstərir.
Biz senzura, rəsmiyyət tərəfdarı deyilık, amma çox istəyirık ki, baş alıb gedən bu cəhalətə, milləti zombiləşdirmə hərəkatına son verilsin.
Hərdən parklara, bağlara çıxıb adamlara tamaşa edin, az qala uşaq gəzdirən valideynlər qədər, it gəzdirən adamlar görəcəksiniz. Yuxarıda bəhs etdiyimiz ailələr dünyaya övlad gətirib məsuliyyət altına girməkdənsə, streslərini it-pişiklə azaltmaği üstün tuturlar. Belə getsə, bir qədər sonra ailələrdə itin, pişiyin sayı uşaq sayını keçəcək.
Efirlər, küçələr atılmış qocalarla doludur. Bilgəhdəki qocalar evinə girmək üçün növbəyə duranların sayı oranın sakinlərindən on dəfələrlə çoxdur. Yəni, bu gün ölkəmizdə bəlkə də onlarla elə qocalar evi tikilsə, bir anda dolar. Atılmış uşaqlar məsələsi isə o qədər ağır mövzudur ki, bu yazıda o səhifəni heç açmaq belə istəmədik.
Bəlkə də, bəzi oxucularımız, bu yazıda bir qədər bədbin portret çızıldığını və bu qədər bədbin olmağa ehtiyac olmadığını düşünəcəklər. Amma biz tam səmimiyyətizlə deyirik ki, bu kimi problemlərin aradan qaldırılması çox mühüm, mühüm olduğu qədər də çox çətin məsələdir. Ona görə də, bu sahədə ciddi tədbirlər görülməli, ailə müəssisəmizin sağlam təməllər üzərində qurulması və qorunması üçün mühüm addımlar atılmalıdır. Çünki belə getsə, ailə müəssisəmizin sabahı aydın görünmür.
Bu cür mühüm məsələ, ailə müəssisəmizin sabahı ən yüksək qurumlarımızda, xüsusilə, Milli Məclisdə açıq yayımla müzakirə olunmalı, ziyalılarımız o müzakirəyə dəvət edilməli, xalqın diqqəti bu mövzuya cəlb olunmalıdır. Ən azı cəmiyyət qınamaq refleksini özünə qaytarmalı, qanunun işləmədiyi yerdə əxlaqın səsi o cür hallara qalxan olmalıdır.
Hər xalqın gücü onun ədalətliliyində, dürüstlüyündə, vazkeçilməz saydığı dəyərlərindədir. Xalq öz dəyərlərini itirib başqalarını təqlid etməyə başlayandan sonra onun hansı dildə danışmağının, hansı şeiri oxumağının, hansı bayrağın altında addımlamağının heç bir mənası yoxdur... (Yeniavaz.com)
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri