Icma.az
close
up
RU
Ailə münasibətləri ilə bağlı qərarlarda dəyişiklik: Aliment davalarına son qoyulur?

Ailə münasibətləri ilə bağlı qərarlarda dəyişiklik: Aliment davalarına son qoyulur?

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib. Bu dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib. O qeyd edib ki, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.
Məlumdur ki, boşanmalar zamanı ən böyük çəkişmələr məhz aliment və uşaqların valideyni ilə ünsiyyət məsələsində yaranır. Sözügedən dəyişikliklər bu kimi məhkəmə çəkişmələrini xüsusən də, aliment mübahisələrində məhkəmələrin iş yükünü azaldır və vətəndaşları yeni iddia qaldırmaqdan azad edir.

Bəs aliment və ünsiyyət problemi ilə bağlı mühüm yeniliklər nədir? Qərarı Vəkillər Kollegiyasının üzvü, vəkil Günay Cəfərli ilə müzakirə etdik.

Aliment necə müəyyən ediləcək?

Vəkil bildirdi ki, Ali Məhkəmə Plenumunun məlum qərarı ilə olan dəyişiklikləri aliment məbləğinin müəyyən edilməsi və uşaqla ünsiyyət hüququ olaraq iki yerə bölə bilərik.

Ən çəkişməli, sosial şəbəkələrdə daim müzakirə olunan problem aliment məsələsidir. Vəkil deyir ki, aliment artıq minimum əməkhaqqının müəyyən misli ilə təyin ediləcək: “Məlum olduğu kimi nikah pozulan zaman birgə nikah zamanı doğulan uşaqların hansı valideynin yanında qalması və hansı valideyndən uşaqlar üçün aliment tutulması məsələsi məhkəmə tərəfindən həll edilməlidir. Yeni qaydalara qədər aliment müəyyən edilən zaman Ailə Məcəlləsinə uyğun olaraq, ya sabit pul məbləği şəklində, ya da aliment tələb olunan valideynin əməkhaqqının müəyyən misli məbləğində tutulurdu. Hazırki qaydaya əsasən isə artıq sabit pul məbləğində aliment tutularkən onun məbləği konkret rəqəmlə, yəni, ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu məbləği ilə deyil, minimum əməkhaqqının misli məbləğində müəyyən ediləcək”.

Məhkəmə bir uşağa görə 240 manat aliment müəyyən etmək istəyirsə...

Məlumdur ki, hər il ölkə üzrə yaşayış minimumu haqqında qanun qəbul edilir, həmin qanunda da uşaqlar üçün yaşayış minimumu müəyyən edilirdi. Vəkil bildirir ki, məhkəmələr tərəfindən aliment sabit məbləğdə təyin edilən zaman həmin məbləğ nəzərə alınırdı: “Məsələn, 2024-cü ildə hər uşaq üçün yaşayış minimumu ölkə üzrə 235 manat müəyyən olunmuşdu, məhkəmələr aliment müəyyən edəndə həmin məbləği sabit pul şəklində təyin edirdilər. Ali Məhkəmə Plenumunun qeyd edilən qərarı ilə isə məhkəmə aliment məbləğini təyin edərkən minimum əmək haqqı məbləğinin misli ilə ifadə etməklə indeksasiya aparacaq. Məsələn, məhkəmə bir uşağa görə 240 manat aliment müəyyən etmək istəyirsə, onda aliment məbləğini 240 manat olaraq deyil, minimum əmək haqqı məbləğinin 0.6 misli məbləğində müəyyən edəcək. 2025-ci il üçün minimum əmək haqqı məbləği 400 manat təşkil etdiyindən, həmin məbləğin 0.6 misli 240 manat olacaq”.

Minimum əməkhaqqı artdıqca...

Həmsöhbətimiz deyir ki, bu cür hesablamanın aparılması o baxımdan sərfəlidir ki, əvvəllər yaşayış minimumu artdıqca, hər il valideyn aliment məbləğinin artırılması üçün yenidən iddia qaldırmaq məcburiyyətində olurdu: “Artıq aliment məbləği yaşayış minimumuna görə yox, minimum əməkhaqqı məbləğinin artımına uyğun müvafiq hesablama ilə aparıldığına görə gələcəkdə bu cür iddianın qaldırılmasına ehtiyac qalmır. Hesablama zamanı ölkədə minimum əməkhaqqı məbləği artdıqca, aliment məbləği də müvafiq indeksasiya üzrə artacaq. Bu, uşaqların mənafeyinin qorunmasına, onların xərclərinin ölkədə minimum əməkhaqqı məbləğinin artırılmasına uyğun qarşılanmasına imkan verəcək”.

Digər məsələ isə odur ki, Ailə Məcəlləsinin tələbinə görə, aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizindən çox olmayan məbləği uşağın adına açılmış bank hesabına köçürülə bilərdi: “Buradakı dəyişiklik ondan ibarətdir ki, artıq bu proses məhkəmədə yenidən iddia qaldırmaq əsasında deyil, icra qaydasında ərizə vermək yolu ilə öz həllini tapacaq”.

Valideynlər öz öhdəliklərini biləcəklər

Yuxarıda da qeyd etdiyimiz kimi, ikinci mühüm dəyişiklik ünsiyyət hüququ ilə bağlıdır. Vəkil bildirir ki, valideyn əvvəllər ünsiyyət hüququnun əldə edilməsi üçün ayrıca iddia qaldırmalı idisə, yeni qaydaların tətbiqindən sonra buna ehtiyac qalmayacaq: “Himayəsinə uşaq verilməyən valideyn uşaqla görüşmək hüququna malikdir. Yeni qaydaların tətbiqindən sonra boşanma prosesində uşaqla ünsiyyət məsələsi də öz həllini tapacaq. Yeni bir iddianın qaldırılmasına, uzun-uzadı məhkəmə çəkişmələrinə ehtiyac qalmayacaq. Əvvəlki məhkəmə təcrübəsindən fərqli olaraq yeni qaydalar müəyyən edir ki, ünsiyyətlə bağlı vəzifələr icra məmurlarının üzərinə qoyulmayacaq. Valideynlər ünsiyyətlə bağlı münasibətlərdə öz öhdəliklərini biləcəklər və həmin qətnaməni könüllü şəkildə icra etməli olacaqlar. Əks təqdirdə məsuliyyət məsələsi ortaya çıxacaq. Məhkəmənin qətnaməsini icra etməyən, uşaqla ünsiyyət hüququna maneçilik törədən valideynlə bağlı məsuliyyət tədbirləri görüləcək”.

Vəkil vurğulayır ki, uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, yeri kimi məsələlər Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən, ərizə təqdim etmək yolu ilə həyata keçiriləcək və 10 iş günü müddətinə baxılacaq. Yəni, aylarla məhkəmə prosesi, xərclər, mediasiya, vaxt itkisinə ehtiyac olmayacaq”. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://publika.az
archiveBu xəbər 18 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see251

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see202

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see197

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see190

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see165

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see164

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see146

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see140

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri