Icma.az
close
up
RU
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində görüş keçirilib

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində görüş keçirilib

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Aprelin 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Newscenter.az xəbər verir ki, görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Çiğdem Erdoğanı Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib. O, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının toplantısında müzakirə olunan məsələlərin əhəmiyyətindən, onların həlli istiqamətində ikitərəfli və təşkilat çərçivəsində, eyni zamanda, türk dövlətləri arasında əməkdaşlığın önəmindən danışıb. Tədbirin gender bərabərliyinin təmin edilməsi, qadınların ictimai-siyasi həyatda fəal iştirakı, habelə sahibkar qadınların dəstəklənməsi və hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Komitə sədri hər iki ölkədə müxtəlif sahələrdə çalışan qadınlar arasında daha sıx təmaslarının qurulması, öz təcrübələrini bölüşməsi üçün geniş imkanların olduğunu bildirib.
Hicran Hüseynova Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin daim möhkəmləndiyini söyləyib. Dövlətlərimizin və xalqlarımızın həmişə bir-birinin yanında olduğunu deyib. Dövlətlərimiz arasında əlaqələrin güclənməsində parlamentlərin önəmli rolundan danışıb. Qanunvericilik orqanlarında fəaliyyət göstərən ayrı-ayrı komitələr arasında əməkdaşlığın inkişafının önəmini qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğan səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə söhbət açıb. O, Azərbaycanın sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının tədbirini yüksək qiymətləndirib, faydalı müzakirələrin aparıldığını vurğulayıb.
Ölkələrimizin bu kimi beynəlxalq tədbirlərə evsahibliyinin özümüzü daha geniş tanıtmaq, əlaqələrimizi genişləndirmək, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından önəmli olduğunu söyləyib.
Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabərliyi komissiyası arasında əməkdaşlıq Protokolunun imzalandığını xatırlayan Çiğdem Erdoğan bu əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının, o cümlədən qarşılıqlı səfərlərin, görüşlərin keçirilməsinin vacibliyini ifadə edib.
Çiğdem Erdoğan habelə ölkəsinin qadınların inkişafı və imkanlarının genişlənməsi istiqamətində gördüyü işlərdən bəhs edərək, bir müddət əvvəl rəhbərlik etdiyi komissiyanın təşkilatçılığı ilə Nyu-Yorkda Türkevi binasında “Könül birliyindən güc birliyinə: Türk dünyası arasında sahibkarlıq ekosistemi” mövzusunda Türkiyə, Azərbaycan və Şimali Kipr qadın sahibkarlarının da iştirakı ilə tədbirin baş tutduğunu diqqətə çatdırıb. O, gələcəkdə belə toplantılara digər türk dövlətlərinin qatılmasının əhəmiyyətindən danışıb.
Söhbət zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitə üzvü Müşfiq Məmmədli, Türkiyə nümayəndə heyətinin üzvü Songül Uzun çıxış edərək Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da dərinləşdiyini, parlamentlər arasında əməkdaşlığın genişləndirildiyini söyləyiblər. Qadınlarımız arasında əlaqələrin möhkəmləndirilməsi, qadınların inkişafı və iqtisadi fəallığının artırılmasının vacibliyi barədə fikirlərini bölüşüblər.
Görüşdə Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Günay Ağamalı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Sevinc Hüseynova, Mehriban Vəliyeva, İlham Məmmədov, Türkiyənin Azərbaycandakı Səfirliyinin müşaviri Seyla Sağlık Yavuzer, TBMM nümayəndəsi Yasemin Elibol və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Aprel 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri