Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Ailə qurulmasında ağıl və məntiqlə yanaşma, yoxsa sevgi?

Ailə qurulmasında ağıl və məntiqlə yanaşma, yoxsa sevgi?

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Ailə qurulması, hər bir insanın həyatında ən mühüm və dərin qərarlardan biridir. Bu qərar, yalnız fərdi hisslərə deyil, həm də məntiqə, uyğunluğa və gələcəkdəki həyat planlarına əsaslanmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, lakin, gənc yaşlarda insanlar çox vaxt duyğusal yanaşmalarla, hisslərə əsaslanaraq ailə qururlar: "Bu dövr adətən 18-26 yaş aralığına təsadüf edir. Bu yaşlarda gənclər, hələ də öz şəxsiyyətlərini tam olaraq formalaşdırmamış, emosional və hormonel dəyişikliklər yaşamaqdadırlar. Bu səbəbdən, sevgiyə əsaslanaraq ailə qurmaq daha çox qarşısına çıxan hər hansı bir hissi qəbul etmək və anın həyəcanına aldanmaq kimi görünə bilər.

Bu yaş dövründə, bəzi gənclər plansız və şüursuz şəkildə evlənir, yalnız qarşı tərəfin xarakterini, insani keyfiyyətlərini və ailənin sosial statusunu nəzərə almadan bu addımı atırlar. Bu vəziyyət, bazardan alınan bir qarpız kimi, bəzən uğurlu ola bilər, bəzən isə gözlənilməz çətinliklərlə nəticələnə bilər. Yəni, ilk növbədə bu cür evliliklərdə müvəffəqiyyət və ya uğursuzluq çox vaxt təsadüfi xarakter daşıyır.

Amma yaş irəlilədikcə, insanlar daha çox məntiqə və həyatda əldə etdikləri təcrübələrə əsaslanmağa başlayırlar. 25 yaşdan yuxarı şəxslər artıq yalnız sevgi deyil, həm də qarşı tərəfin xarakterini, davranışlarını, sosial statusunu və ailə dəyərlərini nəzərə alaraq ailə qururlar. Bu yaş dövründə insanlar daha düşünülmüş və planlı addımlar atırlar, çünki həyat təcrübəsi və dünyagörüşü artmış olur. Belə şəxslər daha az ehtimalla sevgiyə əsaslanan, qeyri-şüurlu və məntiqsiz qərarlar verirlər. Onlar, qarşı tərəflə münasibətlərini uzunmüddətli perspektivdə necə davam etdirəcəklərini dərk edirlər. Bu cür evliliklərdə müvəffəqiyyət nisbəti daha yüksək olur, çünki bu yaşda insanlar qarşı tərəfi yalnız sevgiylə deyil, həm də məntiq və uyğunluq baxımından qiymətləndirirlər.

Tədqiqatlar və sosial müşahidələr göstərir ki, sevgi ilə qurulan ailələrdə, xüsusilə gənc yaşlarda, çox zaman qarşılıqlı anlaşılmazlıqlar, uyğunsuzluqlar və münasibətlərdəki azalma baş verir. Sevgi, zamanla dəyişən və bəzən itirilən bir hissdir. Əgər sevgi tək başına ailə qurulmasına əsaslanarsa, zaman keçdikcə münasibətlər soyuqluq və anlaşılmazlıqla üzləşə bilər. Bu, bir çox halda qarşılıqlı hörmətin və münasibətlərin dəyişməsinə, bəzən isə boşanmalara gətirib çıxarır".

Onun sözlərinə görə, buna qarşı 25 yaş və daha yuxarı yaşlarda evlənən insanlar artıq daha planlı və məsuliyyətli yanaşır: "Onlar yalnız emosional deyil, həm də rasional qərarlar verirlər. Onlar üçün ailə qurmaq yalnız sevgini deyil, həm də sosial, iqtisadi və psixoloji uyğunluğu tələb edir. Bu, ailə həyatının daha dayanıqlı və uzunmüddətli olmasını təmin edir.

Əlbəttə, sevgi və məntiq arasında bir balans tapmaq çox vacibdir. Həm sevgi, həm də ağıl bir ailənin sağlam təməlini qura bilər, lakin yalnız sevgiyə əsaslanaraq qurulan bir ailənin möhkəmliyi şübhə doğura bilər. Sevgi, münasibətlərin başlanğıcında əhəmiyyətli olsa da, uzunmüddətli bir ailə həyatı üçün daha çox uyğunluq, qarşılıqlı hörmət və gələcək planlarının uyğunluğu əsas şərtlərdən biridir.

Nəticə olaraq, sevgi və məntiqin düzgün balansı, bir ailənin sağlam və uzunmüddətli olması üçün vacibdir. Gənc yaşlarda sevgi əsaslı qərarlar verilə bilər, amma yaş artdıqca, insanın məntiqi və həyatda qazandığı təcrübə daha ön plana çıxmalı, evliliklər daha planlı və düşünülmüş şəkildə qurulmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Dekabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri