Icma.az
close
up
RU
Ailə siyasətinin koordinasiyası üzrə İşçi Qrupun ilk iclası keçirilib

Ailə siyasətinin koordinasiyası üzrə İşçi Qrupun ilk iclası keçirilib

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ailə siyasətinin həyata keçirilməsi istiqamətində işlərin effektivliyinin və qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə yaradılan İşçi Qrupun ilk iclası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, iclas iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, müasir dövrdə milli kimlik məsələləri, milli-mənəvi dəyərlər və ailə dəyərlərinə zidd olan proseslər qarşımıza ciddi çağırışlar qoyur. Ailə cəmiyyətin nüvəsi və əsasıdır deyən B. Muradova, Azərbaycan ailəsinin mövcud iqtisadi, sosial, maddi imkanlardan, resurslardan istifadə edərək inkişaf etməsi və müasirləşməsi, hüquqlarının qorunması və təhlükəsizliyinin təmin olunmasının dövlətin qarşısında duran vacib istiqamətlərdən olduğunu vurğulayıb.

O bildirib ki, ailə, cəmiyyət və dövlət arasında əlaqə müxtəlif istiqamətli olmalıdır və yekun nəticədə bütün səylər bir araya gəlməlidir: “Biz qarşılıqlı əlaqəni elə təmin etməliyik ki, ailədə formalaşan uşaq dövlətin də qarşısında vətəndaş kimi cavabdeh olduğunu düşünsün. Biz bütün hərəkətlərimizlə ailəmizə, cəmiyyətə və dövlətə xidmət etdiyimizi unutmamalıyıq”.

Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib ki, ailə dəyərləri və milli dəyərlərin qorunması dövlət və vətəndaş olaraq, hər kəsin qarşısında duran prioritet məsələlərdəndir. O, ənənə və müasirliyin sintezi fonunda ailə dəyərlərini qoruyaraq irəli aparmaq yolunda birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

İşçi Qrupunun üzvləri kimi iclasda iştirak edən Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, TƏBİB və Medianın İnkişafı Agentliyinin nümayəndələri genofondun qorunmasına cavabdehlik daşıyan, sosial və mənəvi əminliyi təmin edən ailələrdə münasibətlərin qorunması, bu istiqamətdə preventiv, məqsədyönlü və sistemli tədbirlərin həyata keçirilməsi, qarşıda duran məqsədlərin təkmilləşdirilməsi istiqamətində təkliflərini səsləndiriblər.

Müzakirələr zamanı məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi, ailə planlaşdırılması, reproduktiv sağlamlıq sahəsində bilik səviyyəsinin artırılması və digər mühüm məsələlər diqqətə çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Fevral 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri