Icma.az
close
up
RU
Ailə və məişət zorakılığına qarşı Gəncədə tədbir

Ailə və məişət zorakılığına qarşı Gəncədə tədbir

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1999-cu ildən etibarən, BMT-nin qərarı ilə 25 Noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü hesab olunur. Bu günün qeyd edilməsi, qadınlara qarşı zorakılığın insan hüquqlarının pozulması kimi qəbul edilməsi və bu problemə qarşı mübarizəyə diqqət çəkmək məqsədi daşıyır. Bu, həmçinin dünya miqyasında "Gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq" adlı beynəlxalq kampaniyanın başlanğıcıdır və mövzuya həsr olunan tədbirlər 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə qədər davam etdirilir. Bu müddət ərzində hər il müxtəlif formatlarda tədbirlər həyata keçirilir və dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı çağırışlar edilir.

Ölkəmizdə də hər il bu əlamətdar 16 günlük fəallıq dövrünə aid müxtəlif tədbirlər həyata keçirilir.

Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə bu kampaniya ərəfəsində təhsil işçiləri üçün təşkil olunan maarifləndirici təlim də onlardan biridir.

Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun üzvü Xalidə Mete, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə Təhsil Sektorunun müdiri Nərgiz Həsənova, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin Təşkili bölməsinin inspektoru Tural Eldarov, 29 nömrəli tam orta məktəbin psixoloqu Fatimə Yusifova, təhsil sektorunun məsləhətçisi Rauf Mirzəyev,  məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və psixoloqları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə qeyd edilib ki, təlimin məqsədi cəmiyyətin sosial ədalət prinsiplərinə əsaslanaraq gender bərabərliyinin təşviqi və gender əsaslı zorakılıqla mübarizənin vacibliyini önə çəkməkdir.

Təlim zamanı “Gender əsaslı zorakılıq”, “Gender bərabərliyinin təmin olunması”, “Məişət zorakılığının qarşısının alınması” və digər mövzularda çıxışlar dinlənilib.

Tədbirdə aidiyyəti hüquqi məsələlərdən də söhbət gedib.

Zakir Muradov, Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri