Icma.az
close
up
RU
“Ailə və məktəb birlikdə uşaqları riskdən qoruyur” Psixoloq

“Ailə və məktəb birlikdə uşaqları riskdən qoruyur” Psixoloq

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Uşaqların sağlam inkişafı hər valideyn üçün əsas prioritetdir. Təəssüf ki, son illərdə narkotik vasitələrin gənclər arasında yayılması ciddi narahatlıq doğurur.

Ailə və cəmiyyətin diqqətsizliyi nəticəsində bir çox yeniyetmə bu təhlükəli vərdişin qurbanına çevrilir.

Bəs valideynlər uşaqlarını bu təhlükədən necə qoruya bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan psixoloq Sevinc Həbibova bildirib ki, uşaqları narkotikdən qorumağın əsas yolu onların emosional ehtiyaclarını anlamaq və onlarla sağlam ünsiyyət qurmaqdır:

“Valideynlər uşaqları ilə açıq danışmalı, onların problemlərini dinləməli və onları başa düşdüklərini göstərməlidirlər. Yeniyetmələr çox zaman diqqət və anlayış axtarırlar. Əgər bunu evdə tapa bilmirlərsə, kənarda axtarırlar. Ailə mühiti təhlükəsiz olmalıdır. Uşaq ailəsinə güvənməli, istiliyi ailədə tapmalıdır”.

Psixoloq qeyd edib ki, məktəb və cəmiyyət də uşaqlara düzgün məlumat verməli, maarifləndirmə tədbirləri həyata keçirməlidir.

“Uşaqlara narkotiklərin zərərli təsirləri barədə real nümunələrlə izah edilməlidir. Valideynlər öz davranışları ilə nümunə olmalıdır. Yaxşı olar ki, valideynlər zərərli vərdişlərdən uzaq dursun. Təhlükə siqnallarını erkən görmək və müvafiq professional yardım almaq isə vacib məqamdır”-deyə o əlavə edib.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Oktyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri