Icma.az
close
up
RU
Ailədə bir nəfər qripə yoluxubsa, digərlərini virusdan necə qorumaq olar?

Ailədə bir nəfər qripə yoluxubsa, digərlərini virusdan necə qorumaq olar?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Payız və qış mövsümü qrip kimi viruslu xəstəliklərin yayılmasının pik dövrləridir. Yoluxan şəxs adətən ailə üzvlərinə də virus ötürür. Bəs bunun qarşısını almaq mümkündürmü?

News.az oxu.az-a istinadla verdiyi məlumata görə, tanınmış rusiyalı terapevt Olqa Çistik bununla bağlı tövsiyələrini verib.

Onun sözlərinə görə, ideal olaraq qrip xəstəsi ayrı, yaxşı havalandırılan otaqda yerləşdirilməlidir.

“Xəstə insanın qab-qacağı, məişət əşyaları və şəxsi gigiyena vasitələri mütləq ayrı olmalıdır. Ona ailə üzvlərindən yalnız biri qulluq etməlidir, uşaqlar, ya immuniteti zəif olanlar xəstəyə və onun toxunduğu əşyalara yaxın buraxılmamalıdırlar. Sağlam ailə üzvləri ilə təmas zərurəti yarandıqda, xəstə insan təmas müddətində birdəfəlik maska taxmalıdır. Diqqət edin ki, məhz xəstə, sağlam insanlar yox. Maska hər 30 dəqiqədən bir dəyişdirilməlidir”, – deyə terapevt bildirib.

“Dəsmallar və yataq dəstləri digər paltarlardan ayrı, yüksək temperatur rejimində yuyulmalıdır. Qablar da isti su ilə, imkan varsa, qabyuyan maşında yüksək temperatur rejimində yuyulmalıdır”, – deyə həkim izah edib.

O bildirib ki, xəstənin olduğu otaq gündə ən azı iki-üç dəfə havalandırılmalıdır.

“Lakin mənzilin qalan hissəsini də unutmaq olmaz: hava qapalı mənzildə sirkulyasiya etdiyi üçün oranı da havalandırmaq lazımdır. Həmçinin, xəstənin olduğu otaqda rahat temperatur rejiminə əməl etmək lazımdır – həddindən artıq isti hava virusların çoxalmasını stimullaşdırır. Mümkün olduqda hava nəmləndiricisindən istifadə etmək lazımdır – öskürək olduqda kifayət qədər nəmləndirmə xəstənin vəziyyətini yüngülləşdirəcək”, – deyə terapevt qeyd edib.

Soyuqdəymənin profilaktikası üçün həkim, həmçinin gün ərzində bir neçə dəfə burunu duz məhlulları ilə yumağı, boğazı antiseptik məhlullarla qarqara etməyi məsləhət görüb.

Payız və qış mövsümündə immuniteti dəstəkləmək üçün Çistik sutkada ən azı səkkiz saat yatmağı, düzgün qidalanmağı və lazım gəldikdə vitamin çatışmazlığını aradan qaldırmağı tövsiyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Dekabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri