Icma.az
close
up
RU
Ailədə mülk davası: Qadın əvvəlcə qardaşından şikayət etdi, sonra isə...

Ailədə mülk davası: Qadın əvvəlcə qardaşından şikayət etdi, sonra isə...

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdaş rayonunda 1981-ci il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı bacısı Səmayəyə (adlar şərtidir - red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 16 yanvar 2025-ci ildə baş verib. Vüsal həmin gün saat 17:00-da bacısı Səmayə ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı o, bacısını döyüb. 
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Səmayə onun bacısıdır: “Onunla əvvəllər aramızda bir neçə dəfə mübahisə və münaqişə baş verib. Səmayə 1998-ci ildə ailə həyatı qurub. Lakin həyat yoldaşı ilə yola getmədiklərinə görə 2004-cü ildə boşanıb, iki övladı ilə birlikdə bizim yaşadığımız evə gəlib və bir evdə yaşamışıq. Son zamanlar bacım məndən pul istəyərək mülk davası etdi. Mən də bacımın payına düşən mülkün verilməsinə razı olaraq yaşadığım evdən getməsini istədim. Lakin bacım razılaşmayaraq bizimlə birlikdə yaşayacağını bildirdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə yanvarın 16-da yaşadıqları evdə bacısı Səmayə telefon vasitəsi ilə ailəli olan qızına səs atıb, oğlu Teymurun sənəd düzəltdirdiyini, oğlunun başına iş gələcəyi təqdirdə onun və atasının həyatını zindan edəcəyini bildirməsini eşidib: “Lakin bacımın dediyinə heç bir müdaxilə etmədim. Bir neçə dəqiqə sonra həyətdə olan atam evə girdi və bacım atam ilə münaqişə etməyə başladı. Münaqişə zamanı bacım oğlu Teymurun yaşadığı evdən çıxaraq başqa yerdə qalmaq istədiyini bildirdi. Teymurun başqa yerdə qalacağı zaman başına bir iş gəlsə, buna görə atamın və mənim həyatımızı cəhənnəmə çevirəcəyini təkrarladığını eşitdim. Buna dözməyərək yataq otağından çıxdım və qonaq otağındakı bacıma yaxınlaşdım. Əsəbləşdiyim üçün bacımı vuracağımı bildirdim. Otaqda olan atam aramıza girdi və məni sakitləşdirmək istədi. Həmin vaxt bacım mənə “duxun çatırsa, vur” ifadəsini işlətdi. Özüm də bu sözə dözmədim, atamı sol əlim ilə kənara çəkərək bacımın üzündən bir dəfə yumruqla vurdum. Bundan sonra atam təkrar aramıza girərək məni sakitləşdirdi. Bacım isə onu vurduğuma Daxili İşlər Nazirliyinin 102 qaynar zəttinə zəng edərək məndən şikayət etdi”.
İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, 6 il ailəli olub və boşandıqdan sonra iki övladı ilə birlikdə ata evində qalıb: “2022-ci ildə qızım ailə həyatı quraraq Qəbələ rayonuna köçdü. Bundan sonra qardaşım Vüsal mənimlə dolana bilmədiyinə görə məni və oğlumu yaşadığımız evdən çıxartmaq istədi. Mərhum anamdan qalan əşyaları mənə verməkdən imtina etdi. Son vaxtlar oğlumun yaşadığımız evdə sıxıldığını hiss etdim. Onun başqa yerdə qalacağını düşündüyümdən başına bir iş gələcəyindən ehtiyat etdim”. 
Zərərçəkmiş qeyd edib ki, yanvarın 16-da, saat 17:00-da atası qonaq otağına gəlib: “Bu zaman atama müraciət edərək oğlum qardaşımın etdiyi münaqişələrə görə yaşadığımız evdən çıxmaq istədiyini bildirdim və əsəbi olduğum üçün oğlumun başına hər hansısa bir iş gələcəyi təqdirdə onların həyatlarını cəhənnəmə döndərəcəyimi dedim. Bundan sonra yataq otağında olan qardaşım üzərimə gəldi və məni vurmaq istədi. Lakin atam qarşısına keçdi. Bundan sonra qardaşım yenidən məni vurmaq istəyən zaman ona “duxun çatırsa, vur” ifadəsini işlətdim. Vüsal atamı kənara çəkdi və çənə nahiyəmdən bir dəfə vurdu”.
Bu işə Ağdaş Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş şəxs qardaşı ilə barışması barədə məhkəməyə ərizə təqdim edib. 
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Dekabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri