Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

41 yaşlı kişi həbsdən azad edildi: Arvadı əvvəlcə şikayət etdi, sonra...

41 yaşlı kişi həbsdən azad edildi: Arvadı əvvəlcə şikayət etdi, sonra...

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Gədəbəy rayonunda 1984-cü il təvəllüdlü Nəriman ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 29 mart 2025-ci ildə rayonun kəndlərindən birində baş verib. Nəriman həmin gün saat 18 radələrində yaşadığı evin həyətində yerləşən tövlədə arvadı Səbinə ilə mübahisə edib. 
Aralarında şəxsi münasibətlərin pozulması zəmİnində yaranmış münaqişə zamanı arvadını əl və ayaq zərbələri ilə döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Səbinə onun arvadı olub: “Biz birlikdə Gədəbəy rayonunun kəndində birgə yaşamışıq. Evimizin həyətindəki tövlədə iribuynuzlu heyvan saxlamaqla məşğul oluruq. Əvvəllər Səbinə ilə münasibətlərimiz yaxşı olub. Amma sonradan isə aramızda söz-söhbət yaranmağa başlamışıq. Son vaxtlar ailədaxili mübahisələrimiz artıb”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 29-da şəxsi işləri ilə əlaqədar olaraq kənd ərazisində olub, sonra evinə qayıdıb: “Həmin gün saat 18 radələrində heyvanlara baxmaq üçün evin həyətində olan tövləyə daxil oldum. Orada iribuynuzlu heyvanlardan birinin zincirinin açılaraq digər iribuynuzlu heyvanı vuraraq yıxdığını gördüm. Bu zaman Səbinəni tövləyə çağırdım. Bununla bağlı ona irad tutdum. Aramızda mübahisə baş verdi. Mən də əsəbləşərək Səbinəni əl və ayaq zərbələri vurdum. Onu  itələdim, daha sonra tövlədən çıxaraq getdim. Hadisə baş verən vaxt spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşam. Əməlimdən peşmanam, arvadımdan üzürxahlıq etmişəm. Lakin o, mənimlə barışmayıb”.
Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Nəriman 4 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını  ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə zalından həbs edilib.
Hökmdən zərərçəkmiş apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxslə barışdığından onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. 
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunub. Gədəbəy Rayon Məhkəməsinin 9 oktyabr 2025-ci il tarixli hökmü ləğv edilib. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri