Icma.az
close
up
RU
Ailəvi istirahət edənlər üçün giriş qiymətləri ciddi amildir EKSPERT ŞƏRH ETDİ

Ailəvi istirahət edənlər üçün giriş qiymətləri ciddi amildir EKSPERT ŞƏRH ETDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu il yay mövsümünün gecikməsi və qeyri-sabit hava şəraiti dənizkənarı obyektlərə, istirahət mərkəzlərinə və ümumiyyətlə turizm sektoruna nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərib. Adətən yay mövsümünün əvvəlindən etibarən müşahidə olunan aktivlik bu il kifayət qədər gec başlayıb. Mövsümün əsas qazanc dövrünün qısalması nəticəsində obyekt sahibləri əvvəlcədən yatırdıqları investisiyaların – məsələn, infrastrukturun bərpası, texniki hazırlıq, işçi heyətinin işə götürülməsi və reklam xərclərinin – geri dönüşünü əldə etməkdə çətinlik çəkirlər. Bu təzyiq nəticəsində bəzi sahibkarlar çıxış yolunu giriş haqqını süni şəkildə yüksəltməkdə görürlər". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, əksər hallarda mənfi nəticələr doğurur. Çünki insanlar yüksək qiymətlərlə qarşılaşdıqda həmin məkanlara getməkdən çəkinir və nəticədə obyektlərə olan maraq azalır. Xüsusilə qeyd olunmalıdır ki, istirahət obyektlərinin əsas ziyarətçi qrupu ailələrdir. Ailəvi istirahət edənlər üçün giriş qiymətləri ciddi amildir. Dörd-beş nəfərlik bir ailənin birdən-birə yüksək məbləğdə giriş haqqı ödəməsi, üstəlik içəridə digər xərcləri də nəzərə alması, onların qərarına birbaşa təsir edir: "Belə olan halda, istirahət mərkəzlərinə olan tələbat azalır, bu da nəticə etibarilə obyektin ümumi gəlirinə mənfi təsir göstərir. Əgər məqsəd daha çox gəlir əldə etməkdirsə, bunun yolu müştəri sayını artırmaqdan keçir. Bunun üçün isə qiymət siyasəti yenidən nəzərdən keçirilməlidir. Ən optimal və səmərəli yanaşma giriş haqqını daha münasib səviyyədə saxlamaq, əvəzində obyekt daxilində əlavə xidmətlər və əyləncə imkanları yaratmaqdır. Məsələn, içəridə yerləşən kafe və restoranlar, attraksionlar, uşaq əyləncə zonaları, su oyunları və digər pullu xidmətlər obyekt sahibinə əlavə gəlir mənbəyi təqdim edə bilər. Bu zaman insanlar daha asanlıqla daxil ola bilər, sərbəst şəkildə xidmətlərdən faydalanar və nəticədə ümumi gəlir daha davamlı və dayanıqlı şəkildə təmin olunar.

Bu yanaşma yalnız sahibkarlıq baxımından deyil, həm də müştəri məmnuniyyəti baxımından olduqca əhəmiyyətlidir. İnsanlar öz büdcələrinə uyğun şəkildə keyfiyyətli istirahət edə bildikdə həmin məkanlara qarşı müsbət fikir formalaşır. Bu isə gələcəkdə həmin ailələrin və şəxslərin həmin obyektləri yenidən seçməsinə səbəb olur. Beləliklə, müştəri məmnuniyyəti, reputasiya və gəlirlilik bir-birini tamamlayan mühüm amillərə çevrilir.

Yekun olaraq demək olar ki, bu cür çətin mövsümlərdə ağıllı idarəetmə strategiyaları, qiymət siyasətində çeviklik və müştəri yönümlü yanaşma sahibkarların uğurlu fəaliyyətini təmin edə bilər. Qısamüddətli qazanc deyil, uzunmüddətli etibarlılıq və müştəri bazasının genişlənməsi əsas hədəf olmalıdır. Dövlət qurumları və aidiyyəti sahibkar birlikləri də bu məsələyə diqqətlə yanaşmalı, sahibkarlara maarifləndirici dəstək göstərməlidir ki, turizm sektoru çətin mövsümlərdə belə dayanıqlılığını itirməsin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri