Tərtərdə tələbələr üçün könüllülük təlimi keçirildi (FOTO)
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Tərtərdə “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü və Tərtər Peşə Məktəbinin dəstəyi ilə tələbələr üçün “Pərdəarxası: könüllülük” adlı maarifləndirici təlim təşkil olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tərtər Peşə Məktəbinin direktor müavini Bəhruz Nəzərov çıxışında tələbələr üçün ödənişsiz keçirilən belə görüşlərin gənclərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, könüllülüyün təşviqinin, tələbələrin sosial fəallığının artırılmasının və bu sahədə maarifləndirmə işlərinin vacibliyini qeyd edib.
Daha sonra “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev yaradılan şəraitə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirib. Təlimçi könüllülüyün mahiyyəti, gənclərin şəxsi inkişafındakı rolu və bu sahədə yaranan imkanlar barədə ətraflı danışıb.
Görüş zamanı dünya könüllülər hərəkatı və Azərbaycanda könüllülük tarixindən bəhs edən Emin Tarverdiyev 5 dekabrın Ümumdünya Könüllülər Günü olduğunu diqqətə çatdırıb, həmçinin “Vətən Bağı” könüllülərinin fəaliyyəti və icra etdikləri layihələr barədə məlumat verib.
Tədbirin sonunda “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi adından hərbi jurnalist Səxavət Məmmədin Vətən müharibəsindən bəhs edən “Savaş və Duman” kitabı təhsil müəssisəsinin kitabxanasına hədiyyə edilib. Təlim iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
‹›1 / 12












Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 Noyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















