Aİnin qərarı antiGürcüstan addımıdır Baş nazir
Icma.az bildirir, Teleqraf.com portalına istinadən.
“Avropa İttifaqı şurasının qərarı birmənalı olaraq anti-Gürcüstan addımı kimi qiymətləndirilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
Onun sözlərinə görə, Gürcüstanla bağlı tövsiyə mahiyyət baxımından simvolik olsa da, bu qərar Gürcüstan cəmiyyəti daxilində Avropa strukturlarına etimadı sarsıdır.
“Məlumdur ki, bu yaxınlarda aparılmış “Avrobarometr” sorğusuna əsasən, son altı ayda Gürcüstanda Avropa strukturlarına etimad 6% azalıb. Məhz bu cür qərarlar gürcü cəmiyyətinin Avropa qurumlarına inamını azaldır”, - İ.Kobaxidze söyləyib.
Qeyd edək ki, ötən gün Aİ-nin xarici işlər nazirlərinin toplantısında Gürcütanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının zəruriliyi barədə razılığa gəlinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 17 Dekabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















