Icma.az
close
up
RU
Ajiotaj yarandı: Azərbaycanda satılan qrip dərmanlarında narkotik var? RƏSMİ

Ajiotaj yarandı: Azərbaycanda satılan qrip dərmanlarında narkotik var? RƏSMİ

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycanda satılan bəzi qrip dərmanlarında, preparatlarda, qrip tozlarında (paraşok) narkotik vasitə və psixiotrop maddələrin olması barədə məlumat yayılıb. 

Yayılan məlumata görə, hətta, bir sıra iş yerlərində narkotik testi zamanı narkotik aludəçisi olmayan şəxslərdə analizlər müsbət çıxıb. Bu isə həmin şəxslərin işlərini itirməsi ilə nəticələnib. Araşdırmadan sonra məlum olub ki, bu şəxslər narkoman deyil və qrip dərmanlarından istifadə ediblər. 

Məlumata əsasən, bəzi qrip dərmanlarının tərkibində narkotik vasitə və psixiotrop maddələr var. Hazırda Azərbaycan Respublikasının ərazisində 19 ticarət adı ilə belə mürəkkəb tərkibli dərman vasitələri dövlət qeydiyyatına alınıb, bunlardan on ikisi həkim resepti əsasında buraxılır. 19 dərmanın 6-sı qrip və soyuqdəymə əleyhinə istifadə olunur. Tərkiblərində narkotik vasitə olan kodein (codeine) mövcuddur və qanunvericiliyə görə nəzarətdə saxlanılmır. Dərmanlar bunlardır: 

Kaffetin, Paraferin, Pentalgin®-N, Kodelak®, Piralgin Neo, Kodefrin. Bunlardan ilk ikisi reseptsiz, qalanları reseptlə buraxılır. Qeyd edək ki, həmin dərmanların bir çoxunu vətəndaşlar apteklərdən reseptsiz alırlar. 

Ümumiyyətlə bu məlumat nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə ərazisinə dünyanın qabaqcıl dərman istehsalçıları tərəfindən idxal olunan bəzi mürəkkəb dərman vasitələrinin tərkibinə kompleks müalicənin aparılması məqsədilə müəyyən faiz nisbətində narkotik vasitələr və psixotrop maddələr daxil edilir: 

“Buna misal kimi tərkibində narkotik vasitə kodein və psixotrop maddə fenobarbital olan mürəkkəb tərkibli dərman vasitələrini göstərmək olar. Belə ki, kodein tibdə əsasən ağrıkəsici (analgetik) və öskürək əleyhinə (antitussiv), fenobarbital antikonvulsant (qıcolma əleyhinə), sedativ (sakitləşdirici) və yuxugətirici dərman kimi istifadə olunur. Məlumat üçün bildiririk ki, tərkibində kodein olan dərman vasitələri 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Beynəlxalq Konvensiyanın 3-cü siyahısına daxil edilib. 

Onların qanuni tibbi istifadəsi, miqdarı, sui-istifadə edilmə ehtimalı və həmin maddələrin asanlıqla bərpa oluna bilməyəcəyi (dərman vasitələrinin tərkibindən çıxarılması) səbəbindən, həmin Konvensiya ilə nəzərdə tutulan bəzi nəzarət tədbirlərindən azad edilib. Həmçinin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ saylı Qanununa görə, kodein ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin, fenobarbital dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına daxil edilib, lakin başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarət tədbirlərindən azad edilib”. 

AEM-dən bildirilir ki, hazırda Azərbaycan Respublikasının ərazisində 19 ticari adda belə mürəkkəb tərkibli (tərkibində narkotik və psixotrup maddələr olan) dərman vasitələri dövlət qeydiyyatına alınıb. Onlardan 12-si həkim resepti əsasında buraxılır. 6-sı isə qrip və soyuqdəymə əleyhinə istifadə olunur. Tərkiblərində narkotik vasitə olan kodein (codeine) mövcuddur və qanunvericiliyə görə nəzarətdə saxlanılmır. Dərmanlar bunlardır:Kaffetin, Paraferin, Pentalgin®-N, Kodelak®, Piralgin Neo, Kodefrin.

Bunlardan ilk ikisi reseptsiz, qalanları reseptlə buraxılır. Diqqətinizə çatdırmaq istərdik ki, 01.01.2024-cü il tarixindən etibarən ölkə ərazisində “Elektron Resept” sisteminə keçid başlanılıb. Elektron reseptin üstünlüklərindən biri sistem üzərindən xəstəyə dərman vasitəsi təyin olunmamışdan öncə diaqnozun təyin olunmasıdır. Həmçinin, pasient üçün tərtib olunan elektron resept özündə resepti yazan həkim və pasiyentə dair məlumatları daşıyır. 

Vətəndaş elektron resept vasitəsilə aptekdən dərman vasitəsini əldə etdikdə, sistem üzərindən həmin resept aktivlik statusunu itirir. Bu da bir reseptlə bir neçə aptekdən təkrar olaraq eyni dərman vasitəsinin əldə edilməsinin qarşısını almaqla, bərabər dərman vasitələri üzərində nəzarətin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. 

Ümumiyyətlə, özəl tibb müəssisələrində və aptek təşkilatlarında baş verən qanun pozuntularına rast gəldikdə vətəndaşlar AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 07 12), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: narkotik elektron resept qrip dərman

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:493
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Mart 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri