Icma.az
close
up
RU
“Qorio ata” əsəri haqqında düşüncələr FƏRİD MURADZADƏ YAZIR

“Qorio ata” əsəri haqqında düşüncələr FƏRİD MURADZADƏ YAZIR

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

İfrat dərəcədə sevgi öldürücüdür. Ziyadə gözəllik fəlakətə səbəb olur. Xüsusən də zərif cinsin minillərdir müharibələrə, qan-qadaya səbəb olan gözəlliyi  insan cəmiyyətinin ən böyük  fəlakətlərindəndir. Qadın gözəlliyinə hakim olmaq üçün insan oğlu ilk qətli törədib öz doğma qardaşını öldürdü. Qadın sevgisi müxtəlif formalarda təzahür etmişdir. Min illərdir ki, söz ustaları bu sevgini fərqli şəkildə qələmə alırlar. Sevgi gözəl, göz oxşayan, könül sevindirən, həm ülvi, ülviyyəti qədər də dağıdıcı və öldürücü bir hissdir. Sevgi təkcə qadın-kişi münasibətləri deyil, həmçinin ata-övlad, tanrı və insan arasındakı təmənnasız, saf, cismə və ruha hakim kəsilən qarşısıalınmaz duyğudur. İnsan hər şəkildə ifrat dərəcədə sevəndə məhv olur. Fanatik sevgi kimliyindən və münasibətlərin məğzindən asılı olmayaraq insanı qula çevirir.

Fransız ədəbiyyatının ən nəhənglərindən biri olan Onore de Balzakın məşhur “Qorio ata” əsəri qızlarını ifrat dərəcədə sevən və bu təmənnasız ata məhəbbətinin qarşılığında tüfeyli vəziyyətə düşərək kimsəsiz kimi ölən, zirvədən dərəyə yuvarlanmış eks fabrikant Qorio atanın faciəsindən bəhs edir. "Qorio ata" fransız ədəbiyyatının ilk realist romanı hesab edilir. Əsəri oxuyanda insana elə gəlir ki, mövzu tam olaraq qızlarını tanrı kimi sevən atanın faciəsidir, lakin əslində roman üç xarakterin üzərində qurulub; qızlarını dəli kimi sevən, onların hiylələrini belə məsumiyyət, bədbəxtlik, maddi və mənəvi sıxıntı kimi qəbul edən (sonda mahiyyətini bilsə belə) Qorio ata, axtarışda olan cinayətkar Votren və əyalətdən gəlib nəhəng şəhərdə böyük ideyalar və ideallar naminə hüquq təhsili alan tələbə Ejen de Rastinyak.

Əslində Balzak bu üç insanın timsalında üç cəmiyyəti canlandırmışdır. Romanda təsvir olunan hadisələr Burbon restavrasiyası (1815-1830) dövrünə təsadüf edir. Qorio ata burjua cəmiyyətində(qızları qəbul etməsə də)  sərvəti hesabına yer tutan fabrikant, Votren hamıya təhlükəli görünən qatı cinayətkardır. Votren güclü, sözübütöv, qolugüclü, istəkləri naminə hər cür qətl törətməyə malik və bəlli bir cəmiyyətdə sevilən, sözünü deyən birisidir. Katorqa sürgünündən xilas olan Votren on minlərlə katorqaçının qəhrəmanı, onların ümid yeridir.O Amerikaya getmək və orada iş qurmaq niyyətindədir. Votrenin öz qanunları var. O cəmiyyətdə əxlaq kodeksinə inanmır. Bəzən olduqca sərt, bəzən də həlim birisinə çevrilir.

Votren Ejen de Rastinyakın  mademuazel Tayferin sevgilisi olmasına tərəfdardır, çünki bu qatı cinayətkar öz maraqları naminə hər iki  gəncdən istifadə etməyi düşünür. Çirkin əməllərin icrası üçün gənc tələbə-Rastinyak ideal namizəddir. Planln ilk mərhələsi  üçün Votren Viktorina Tayferi "xilas etməkdən" ötəri qızın ata varidatına sahib yeganə varis qardaşının ölümünə səbəb olur, lakin Rastinyak onun təkliflərini qəbul etmir və mademuazel Tayferlə hərhansısa bir macəra yaşamır.

Zəngin həyat təcrübəsinə malik, həyatın min bir sınağından keçmiş, ölüm, xəyanət, səfalət, həbsxana və sürgün həyatı yaşamış Votren yasadığı ətrafda kiməsə zərər vurmasa da nəfsə yenilən digər iki pansionerin-Mişono və Puarenin tamahkarlığına qurban gedir.

Romanda üçüncü əsas obraz Rastinyakdır. Əyaləti təmsil edən gələcəyi ilə bağlı yüksək amallar və ülvi xəyallar quran bu gəncin obrazı məhz elə o dövrkü fransız cəmiyyətindən götürülmüşdür. Kübar cəmiyyətə valeh olan, bu cəmiyyətə qatılmaq istəyən, özünün xilasını məhz orada görən gənc tələbə az sonra gördüklərindən dəhşətə gəlir. Kənardan mükəmməl və əlçatmaz görünün kübar cəmiyyəti əslində iyrəncliklərlə və intriqalarla dolu amansız bir ictimai -siyasi cəmiyyətdir və Balzak  dövrün ictimai-siyasi vəziyyətini, sinfi ziddiyyətləri seçdiyi personajlar üzərindən  mükəmməl bir ustalıqla təsvir etmişdir. Balzak həmçinin oxucunu yüksək bədii təsvirlər vasitəsilə Parisə aparır. Ömrü boyu Parisdə olmayan diqqətcil oxucunu şəhərlə tanış edir, hətta arabir oxucunu zəngin və səfil Parisin izdihamında, ziddiyyətində azdırır, oxucunu dolandıra-dolandıra səyahət etdirir. Qorio ata səfalətdən cah-cəlala yüksəlmiş iti ağıla malik birisidir. Adi, səfil bir fəhlədən zəngin fabrikanta kimi yüksəlmiş bu adamın yeganə zəif nöqtəsi qızlarıdır. Onları az qala tanrı kimi sevən Qoria ata məhz elə bu dəhşətli sevginin qurbanı olur. Qoria ata girdabdan çıxıb aydınlaşmağa çalışır. Zəhməti və zəkası müqabilində aristokrat  cəmiyyətdə yüksək mövqe tutan Qorio ata övladlarına hədsiz məhəbbəti ucbatından əslində girdaba düşür. Sentimentallıq onu səfilliyə düçar edir. Qorio ata ülvi bir istəklə qızlarını sevsə də onun bu fədakarlığı və ata məhəbbəti  pulun, maddi sərvətlərin və ehtirasların vəhdət tapdığı ülviyyətə, saf və səmimi duyğulara yer verilməyən kübar cəmiyyətdə məhv olur. Qorio ata ölmür konkret olaraq dəhşətli və əzablı şəkildə məhv olur. Son qəpiyinə qədər qızlarına xərcləyən bu adamı əslində qızları , onların nadan cəmiyyəti öldürür.Qorio ata var-dövlət sahibi olsa da əslində aristokrat cəmiyyətdə qızları tərəfdən də qəbul olunmur, çünki eks fabrikant həm də eks fəhlədir. Sərvət əldə etsə də o kübar sayılmır… Qorio ata təkcə fabrikant və ata deyil, o əslində qaba bir bədəndə saf, məsum duyğuların simvoludur, lakin cəmiyyət bunlara dəyər vermir. Və ən acınacaqlısı da budur ki, Qorio heç özünü qorumur, o hər şeyi axına buraxır. Martin Lüter Kingin təbirincə desək, "İnsan doğru olanı müdafiə etməkdən imtina edəndə ölür" və Qorio ata duyğularına, övlad məhəbbətinə yenilərək həqiqəti müdafiə etmir, hətta ağlı başından çıxanda belə qızlarına haqq qazandırır. Qızları Qorionun boynuna keçirilmiş ağır zəncirlərdir. O zəncirlərdən xilas yolu yalnız ölümdür, çünki zəncirlərin kəsişmə nöqtəsinə vurulan qıfılın açarı naməlum əldə yaxud da zor keçirmək , söz keçirmək mümkün olmayan ata qəlbindədir. O qəlbin sahibi Qorio olsa da şəxsiyyət olaraq o öz kor qəlbinə söz keçirə bilmir, çünki o əks hərəkətə yol verəndə zəncirlər onu “boğmağa “ başlayır. Zəngin qoca fabrikant zəncirlərə tabe köpək kimidir.

Balzak Paris cəmiyyətindəki qadın şıltaqlıqlarını, qadın ehtirasını, intriqaları və intiqamı ustalıqla təsvir etmişdir. Yazıçı romanda əslində dövrün ictimai-siyasi vəziyyətindən məişətinə, müxtəlif zümrədən olan insanların hərərkət, düşüncə və fikirlərinə qədər hər şeyi qələmə almışdır. Romanda həmçinin məhəbbət və sərvət mövzusu da əsas kimi götürülmüşdür. Təmənnasız övladlarını allah sevgisi qədər ülvi bir istəklə sevən Qorio, hələ də vicdan hissini itirməyən, ailəsi tərəfdən təhdid görən, Ejen de Rastinyakı səmimi sevən lakin birləşmələri əngəlli olan Delfina, məşuqu tərəfdən aldadılan vikontessa madam de Bosean, məşuqun əlində oyuncağa çevrilən, külli miqdarda borc alta inləyən, bütün ləyaqətini itirən, atasının sərvətini xüsusilə zəli kimi soran Anastazi de Restro, kiçik bir qonorar məbləğində Votreni satan Mişono və Puare, varlı qraf, bankir Nusengen və s.o zamankı Paris cəmiyyətinin özündə əks etdirdiyi obrazlardır. “Qorio ata” istər dil və axıcılıq, istər mövzu, istərsə də sənətkarlıq baxımından mükəmməl bir əsərdir.

Fərid MURADZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 May 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri