Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyli TÜRKTAV ın baş katibi ilə görüşüb

Akademik İsa Həbibbəyli TÜRKTAV ın baş katibi ilə görüşüb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türk Tarix və Kültür Vəqfinin (TÜRKTAV) baş katibi Assel Lakhayeva ilə görüşüb. Görüşdə Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub.

AMEA-dan bildirilib ki, akademik İsa Həbibbəyli görüşün Milli Elmlər Akademiyasının 80 illik yubileyi ərəfəsində keçirilməsinin əlamətdar olduğunu, akademiyanın Türk dünyasının elmi-akademik qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, 1926-cı ildə Bakıda, ovaxtkı İsmailiyyə binasında, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilmiş Birinci Türkoloji Qurultayın gələn il 100 illiyi tamam olur. Akademik İsa Həbibbəyli qurultayın yubileyinin Türk dünyasının elmlər akademiyalarının və elm xadimlərinin iştirakı ilə keçirilməsinin nəzərdə tutulduğunu və hazırlıq işlərinə başlanıldığını söyləyib. Vurğulayıb ki, yubiley tədbirləri çərçivəsində türkologiya üzrə xüsusi xidmətləri olan bir sıra alimlərin dəvət olunması, kitab təqdimatlarının, sərgilərin keçirilməsi planlaşdırılır.

AMEA rəhbəri TÜRKTAV ilə əməkdaşlığın Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə təşkili məsələsinə töhfə verəcəyini qeyd edib.

Sonra baş katib Assel Lakhayeva TÜRKTAV-ın fəaliyyəti barədə məlumat verib. O, qurumun məqsədinin türk xalqlarının əsrlər boyunca formalaşmış mədəni yaddaş və irsini milli və beynəlxalq səviyyədə həyata keçirilən layihələr vasitəsilə tanıtmaq, qorumaq və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək fəaliyyətlər həyata keçirmək olduğunu deyib. Qurumun baş katibi bu məqsədlə TÜRKTAV-ın türk xalqlarının tarixi və mədəniyyəti sahəsində müxtəlif layihələr, konfranslar, simpoziumlar həyata keçirdiyini, türkcə dil kurslarının təşkil olunduğunu, nəşrlər hazırladığını söyləyib.

Birinci Türkoloji Qurultayın XX əsrdə türk xalqlarının mədəni həyatında və birliyində mühüm rol oynadığını deyən Assel Lakhayeva təmsil etdiyi qurumun AMEA ilə birlikdə qurultayın 100 illiyinin yüksək səviyyədə təşkili ilə bağlı TÜRKTAV-ın zəruri dəstəyi verəcəyini diqqətə çatdırıb.

Daha sonra qeyd olunan məsələ ətrafında geniş müzakirələr aparılıb, müvafiq razılıq əldə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri