Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyli Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse prezidenti ilə görüşüb

Akademik İsa Həbibbəyli Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse prezidenti ilə görüşüb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın 8-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse-prezidenti prof. Dr. Tran Tuan Anh ilə görüşüb.

Qonağı Akademiyada görməkdən məmnunluğunu bildirən akademik İsa Həbibbəyli Azərbaycanla Vyetnamın yaxın dost, tərəfdaş ölkələr olduğunu, ikitərəfli münasibətlərin hələ ötən əsrin ortalarında, Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri ilə başladığını söyləyib. Qeyd edib ki, Vyetnamla əlaqələrə xüsusi önəm verən xalqımızın Ümummilli Lideri Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən 1983-cü ildə Vyetnama səfər edib, ikitərəfli münasibətlərimizin bugünkü təməllərini daha da gücləndirib.

Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama səfəri zamanı vaxtilə Azərbaycanda oxuyan tələbələrlə görüşdüyünü və səmimi mühitdə görüşün keçdiyini söyləyən AMEA rəhbəri bu münasibətin xalqlarımız arasında əlaqələrin səviyyəsini, qarşılıqlı hörmətin dərinliyini ifadə etdiyini vurğulayıb.

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri, Prezident İlham Əliyevlə görüşü və imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığımızı yeni mərhələyə qaldıracağını bildirən akademik İsa Həbibbəyli bu ziyarət çərçivəsində elmi əlaqələr üçün də geniş imkanların açıldığını diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Vyetnamın Elm və Texnologiya Akademiyası ilə əməkdaşlığa hazır olduğunu deyən akademik İsa Həbibbəyli qonağa ölkəmizdə elm və təhsil sahəsində aparılan islahatlar, Elmlər Akademiyasının 80 ildə keçdiyi şərəfli tarixi yol və bu gün fəaliyyət göstərdiyi istiqamətlər, süni intellekt və rəqəmsal texnologiyalar üzrə aparılan tədqiqatlar barədə məlumat verib. AMEA prezidenti bildirib ki, hazırda AMEA-nın üç müəssisəsində – Ədəbiyyat, Şərqşünaslıq və Tarix institutlarında Vyetnamla bağlı elmi tədqiqatlar aparılır və artıq Ədəbiyyat İnstitutunda ədəbi əlaqələrə dair kitab da nəşr edilib. Akademik İsa Həbibbəyli, o cümlədən ötən il Bakıda “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq konfransın keçirildiyini və Vyetnamın Hanoy Universitetinin professoru Nguyen Van Çienin də tədbirdə iştirak etdiyini vurğulayıb.

Bu sahədə görülən işlərin başlanğıc olduğunu deyən natiq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Vyetnam əlaqələrinə dair başladığı işi Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib və bu əlaqələrin inkişafına elmin də öz dəstəyini verməsi üçün AMEA-nın birgə əməkdaşlığa hazır olduğunu söyləyib.

Görüşdə çıxış edən Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse-prezidenti prof. Dr. Tran Tuan Anh  səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, AMEA-nın 80 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Dr. Tran Tuan Anh  uzun illərə söykənən Azərbaycan-Vyetnam dostluq münasibətlərini yüksək qiymətləndirərək, elmi əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb, akademiyalararası əməkdaşlıq memorandumunun imzalanması üçün akademik İsa Həbibbəylini Vyetnama dəvət edib.

Sovet hakimiyyəti illərində Vyetnamlı tələbələrin Azərbaycanda neft-qaz, təbiət və ictimai elmlər sahələrində təhsil aldıqlarını deyən Dr. Tran Tuan Anh  ölkəmizlə əlaqələrə xüsusi önəm verdiklərini, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın səfərinin bunun əyani göstəricisi olduğunu söyləyib.

Qonaq Vyetnamda elm-təhsil sahəsində aparılan islahatlardan danışıb, eləcə də AMEA ilə süni intellekt, rəqəmsal texnologiyalar və seysmologiya sahəsində əməkdaşlıq potensialını qeyd edib. O, təmsil etdiyi akademiyanın nəzdində iki universitetin də fəaliyyət göstərdiyini və elmi jurnallarının Scopus bazasında yer aldığını bildirib.

Görüşdə birgə əməkdaşlıq üçün müzakirələr aparılıb, qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Vyetnamlı qonaqlar, o cümlədən AMEA-nın Rəyasət Heyətinin binası ilə də tanış olublar.

Görüşdə Vyetnamın Elm və Texnologiya Akademiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nquen Xonq Zıonq, AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov da iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri