Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyli Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

Akademik İsa Həbibbəyli Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli görkəmli Çin riyaziyyatçısı Liu Huinin 1800 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Elm və Texnologiya Assosiasiyanın direktoru Ruan Cao və nümayəndə heyəti ilə görüşüb.

525.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyini, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini söyləyib.

Akademik İsa Həbibbəyli Azərbaycan ilə Çinin akademik və ali təhsil müəssisələri arasında da son illərdə münasibətlərin genişləndiyini, Milli Elmlər Akademiyasının Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini bildirib. Bundan əlavə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin Tədqiqatları Mərkəzinin doktorantı tərəfindən Çin arxetipləri haqqında fəlsəfə doktorluğu dissertasiyasının müdafiə edildiyini diqqətə çatdırıb. Bundan əlavə, Ədəbiyyat İnstitutunda Azərbaycan şairlərinin Çinə həsr olunmuş şeirlərinin toplanaraq çapa hazırlanması barədə qonağa məlumat verib.

Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın 80 illik yubiley yığıncağında iştirak etmək üçün ötən ay Çindən geniş nümayəndə heyətinin ölkəmizdə səfərdə olduğunu, həmin alimlərlə səmərəli görüşlərin keçirildiyini bildirib.

Son illərdə Akademiyada aparılan tədqiqatlar barədə qonağa məlumat verən akademik İsa Həbibbəyli bu gün humanitar və ictimai elmlərdə süni intellektin tətbiqi və rəqəmsal inkişafın təmin edilməsinin başlıca hədəflərdən olduğunu deyib.

AMEA rəhbəri Çin Elm və Texnologiya Assosiasiya ilə də əməkdaşlığın faydalı olacağını söyləyib, gələcək tərəfdaşlıq üçün təkliflərini diqqətə çatdırıb.

Sonra çıxış edən Çin Elm və Texnologiya Assosiasiyanın direktoru Ruan Cao səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Rəhbərlik etdiyi qurum barədə məlumat verən Ruan Cao AMEA və Azərbaycan alimləri ilə müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını deyib, təkliflərini dilə gətirib. Qonaq dünya şöhrətli riyaziyyatçı Liu Huinin yubileyinin Parisdə və bir sıra şəhərlərdə keçirildiyini, Azərbaycanın da yubiley tədbirinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Sonda qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.

Akademik İsa Həbibbəyli Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

Şəkil sayı: 6

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri