Akademik Musiqili Teatr Şəkidə Beynəlxalq Teatr Festivalında iştirak edəcək FOTOLAR
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
- +
Dekabrın 1-5-də Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illik yubileyi münasibətilə IV Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Tribunainfo.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İran, Özbəkistan, Qazaxıstan, eləcə də ölkəmizin bir sıra teatr kollektivlərinin iştirak edəcəyi bu beynəlxalq tədbirə özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” (quruluşçu rejissor Əməkdar incəsənət xadimi Əsgər Əsgərov) iki hissəli komediyası ilə qatılacaq. Səfərin Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlara təşkil olunan qastrol səfərləri proqramına uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulub.
2 dekabr saat 17:00-da Şəki Dövlət Dram Teatrının səhnəsində nümayiş etdiriləcək tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Gülnarə Əzizova, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov oynayacaqlar.
Qeyd edək ki, səhnə əsərinin rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















