Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planını hazırlamaq məqsədilə komissiya yaradılıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılan məsələlərdən biri Azərbaycan Respublikası Prezidentinin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 10 iyun tarixli Sərəncamının icrası barədə olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
İlclasda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, respublikada cərrahlıq elmi məktəbinin banilərindən olan akademik Mustafa Topçubaşov çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaratmış böyük nüfuza malik şəxsiyyətdir. AMEA rəhbəri görkəmli alimin ölkəmizdə kadr hazırlığı işinə də xüsusi diqqət yetirdiyini qeyd edib və onun 130 illiyinin Səhiyyə Nazirliyi ilə birgə yüksək səviyyədə qeyd olunacağını diqqətə çatdırıb.
Rəyasət Heyəti tərəfindən Sərəncamın icrasını təmin etmək, akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planını hazırlayıb həyata keçirmək məqsədilə komissiya yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 08 İyul 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















