Icma.az
close
up
RU
AMEA da görkəmli alim və cərrah, akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd olunub

AMEA da görkəmli alim və cərrah, akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd olunub

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyulun 17-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası, AR Səhiyyə Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə görkəmli alim və cərrah, tibb elmləri doktoru, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov, AR səhiyyə nazirinin müavini Rasim İsmayılov, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri, AMEA-nın və Elm və Təhsil Nazirliyinin bir sıra elmi müəssisələrinin direktorları, Azərbaycan Tibb Universitetinin, Mərkəzi Klinikanın və M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nümayəndələri, həmçinin akademik Mustafa Topçubaşovun ailə üzvləri iştirak ediblər.

Konfransdan öncə akademik Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən, həmçinin qohumu memar və rəssam İsmayıl Hacıyevin müəllifi olduğu rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, dövlət başçısı tərəfindən “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanıb və sözügedən sənəddə Azərbaycan Milli Elmlər Akademiyası, AR Səhiyyə Nazirliyinə birlikdə tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb və bugünkü konfransla isə Sərəncamın icrasına başlanır.

Akademik İsa Həbibbəyli Mustafa vurğulayıb ki, akademik Mustafa Topçubaşov qeyri-adi fitri istedada malik peşəkar həkim, cərrah, təbabət elminin sirlərini mükəmməl bilən, gözəl elm təşkilatçısı və kadr hazırlığında mühüm xidmətləri olan görkəmli şəxs, ictimai-siyasi xadim kimi qəbul olunur.

AMEA rəhbəri diqqətə çatdırıb ki, Mustafa Topçubaşovun yaratdığı elmi məktəb Azərbaycanda mövcud olmuş digər elmi məktəblərlə müqayisədə yetirmələrinin cərrahiyyənin təməl biliklərinə mükəmməl bələd olmaları, təbabət elmində mühüm yeniliklərə imza atmaları ilə fərqlənirlər. Mustafa Topçubaşovun respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri kimi anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulu istiqamətində ixtirasına görə həm Azərbaycanda, həm keçmiş SSRİ-də, həm də dünya səviyyəsində böyük şöhrətə malik olduğunu deyən natiq alimin xüsusilə Böyük Vətən Müharibəsi dövründə təşkil etdiyi cərrahi əməliyyatlarla minlərlə insanı, soydaşımızı xilas etdiyini bildirib. Qeyd edib ki, rəsmi rəqəmlərə görə, Azərbaycana gələn 250 minə yaxın yaralının bir çoxuna Topçubaşov kömək edib, ümumilikdə isə o, həyatı boyu rekord göstəricidə, 100 minə yaxın əməliyyatda iştirak edib.

Alimin həm də böyük elm təşkilatçısı olduğunu deyən akademik İsa Həbibbəyli Mustafa Topçubaşovun AMEA-nın 15 təsisçisindən biri olduğunu, 2 dəfə Akademiyanın vitse-prezidenti seçildiyini, həmçinin akademik-katib kimi Azərbaycan elminin təşkilatlanmasında mühüm xidmətlər göstərdiyini söyləyib. 

Həmçinin vurğulayıb ki, alim ölkəmizdə tibb sahəsində peşəkar kadrların yetişdirilməsində əvəzolunmaz fəaliyyəti ilə yadda qalıb, yarım əsr ərzində Tibb Universitetini kafedra müdiri kimi yüksəkixtisaslı kadr hazırlığına xüsusi diqqət yetirib.

Mustafa Topçubaşovun fəaliyyətinə Ulu Öndər Heydər Əliyevin xüsusi qayğı göstərdiyini deyən akademik İsa Həbibbəyli Ümummilli Liderin görkəmli alimi “Mənim dostum” adlandırdığını vurğulayıb. Görkəmli dövlət xadiminin təşəbbüsü əsasında akademik Mustafa Topçubaşovun “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görüldüyünü bildirib. 

Akademik İsa Həbibbəyli, həmçinin Mustafa Topçubaşovla bağlı xatirələrini bölüşüb, onun hər zaman gənclərə istiqamət verərək onların elmə yönəlməsində xüsusi səy göstərdiyini deyib.

Akademik İsa Həbibbəyli bu il Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinin tamam olduğunu vurğulayıb, görkəmli alimin yubileyinin Akademiyanın 80 illiyi çərçivəsində keçirilən tədbirlərin üzvi parçası olduğunu bildirib.

AMEA rəhbəri, ümumilikdə, dövlət başçısının 2025-ci il ərzində həm “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, həm də “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” və “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarının dövlət başçısının Azərbaycan elminə, aliminə, ziyalısına göstərdiyi diqqət və qayğının təzahürü olduğunu vurğulayıb və ölkə başçısına minnətdarlığını ifadə edib.

Sonra çıxış edən AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov akademik Mustafa Topçubaşovun Azərbaycanın tarixən yetişdirdiyi ən görkəmli şəxslərdən biri kimi qəbul edildiyini söyləyib. Qeyd edib ki, o, peşəkar cərrah, səhiyyə və elm təşkilatçısı kimi həm ölkəmizdə, həm də SSRİ və dünyada peşəkar mütəxəssislərdən biri kimi xatırlanır. Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, Mustafa Topçubaşovun ilk ən böyük uğuru cərrah kimi fəaliyyətidir və eyni zamanda 51 il ərzində Tibb Universitetini kafedra müdiri kimi yüksəkixtisaslı kadr hazırlığında xüsusi rolu olmuşdur. 

“Cərrahiyənin elə bir sahəsi yoxdur ki, Topçubaşov məşğul olmasın. Xüsusilə İkinci Dünya Müharibəsi dövründə hərbi cərrahiyə sahəsində xüsusi xidmətlər göstərmişdir”, - deyə o vurğulayıb.

Akademik Mustafa Topçubaşovun həm də görkəmli elm təşkilatçısı kimi qəbul olunduğunu deyən akademik Əhliman Əmiraslanov alimin bir çox beynəlxalq konqreslərdə Azərbaycan elmini ləyaqətlə təmsil etdiyini söyləyib, özünün həmin tədbirlərdə iştirakı ilə bağlı xatirələrini bölüşüb.

Akademik Əhliman Əmiraslanov, çıxışında həmçinin Ulu Öndər Heydər Əliyevin Mustafa Topçubaşova göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin Azərbaycanın görkəmli şəxslərinin yubileylərinin qeyd olunması istiqamətində verdiyi qərarlardan danışıb. O, “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” dövlət başçısının Sərəncamının alimin xidmətlərini xatırlamaqla yanaşı, Azərbaycan elminə, səhiyyəsinə, təhsilinə, ictimai-siyasi fikrinə göstərilən diqqətin, qayğının təzahürü olduğunu deyib.

AR səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxışında Mustafa Topçubaşovun cərrahiyədə və tibb elmi sahəsində tarixi xidmətlərinə toxunub. Qeyd edib ki, Almaniyada tibb üzrə təcrübəsini artıran Topçubaşovun sonradan vətəninə dönərək xalqına xidmət etməsi onun yüksək vətənpərvərliyindən məlumat verir. Rasim İsmayılov Topçubaşovun iki istiqamətdə - “Analgezin” adı altında istehsal edilən və İkinci Dünya Müharibəsində bir çox insanın həyatını xilas edən keyitmə üsullu yeni kəşfindən və insan bədəninə daxil olmuş yad cismin lokalizasiyası və onun xaric edilməsi problemi sahəsindən tarixi nailiyyətlərindən danışıb. İl ərzində akademik Mustafa Topçubaşovun 130 illik yubileyinə həsr olunmuş tədbirlərin davam etdiriləcəyini söyləyib.

Sonra akademik Mustafa Topçubaşova həsr edilmiş sənədli film nümayiş olunub.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Akademik Mustafa Topçubaşovun elmi və elmi-təşkilati fəaliyyəti haqqında” məruzə ilə çıxış edib. Qeyd edib ki, o ali təhsilini 1914-1919-cu illərdə Kiyev Universitetinin tibb fakültəsində alıb və Azərbaycana qayıdaraq bir müddət Bakı Dövlət Universitetində fəaliyyət göstərib. M.Topçubaşov 1922-ci ildə Naxçıvana göndərilərək orada xəstəxana, ambulatoriya, Ordubadda feldşer məntəqələri təşkil edib və 1922-ci ildə ilk müstəqil əməliyyatını həyata keçirib. Alimin milli səhiyyə sisteminin qurulmasında fəaliyyətinə toxunan İ.Hüseynova Topçubaşovun 1926-cı ildə Almaniyaya təcrübəkeçməyə göndərildiyini, oradan qayıtdıqdan sonra əldə etdiyi təcrübə əsasında Bakı şəhər xəstəxanalarından birində cərrahi yardım göstərən ilk elmi-metodik mərkəz yaratdığını diqqətə çatdırıb.

“M.Topçubaşov cərrahi ağrısızlaşdırma problemi üzrə apardığı tədqiqatlarla 1937-ci ildə yeni, nisbətən təhlükəsiz keyləşdirmə metodunu - “Analgezin” adlanan inyeksion efir-yağ narkozunu kəşf etmişdir. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, narkoz zamanı rast gəlinən bir sıra mənfi halların - dərin narkoz yuxusunun, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanmasının və s. aradan qaldırılmasına imkan verdiyinə görə, cərrahlar tərəfindən geniş tətbiq edilmişdir. Təklif edilən efir-yağ qarışığı inyeksiyalarından həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma halları zamanı müalicə və eləcə də doğuş proseslərində ağrısızlaşdırma vasitəsi kimi istifadə olunmuşdur. Efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı tərəfindən icazə verilmişdir” – deyə o qeyd edib.

Akademik İradə Hüseynova, həmçinin alimin İkinci Dünya Müharibəsi və ondan sonrakı illərdə, eləcə də Azərbaycan Elmlər Akademiyasında, elmi-pedaqoji və kadr hazırlığında və ictimai-siyasi fəaliyyətində tarixi xidmətləri barədə məlumat verib.

Konfransda, həmçinin Azərbaycan Tibb Universitetinin kafedra müdiri AMEA-nın müxbir üzvü Nuru Bayramov və AR Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru tibb elmləri doktoru, professor Rauf Ağayev çıxış edərək akademik Mustafa Topçubaşovun cərrahiyədə, tibbdə, elmdə və kadr hazırlığındakı tarixi xidmətlərindən danışıblar.

Sonda Topçubaşovlar ailəsi adından oğlu, Mərkəzi Klinikanın baş direktorunun müavini Əməkdar həkim Ceyhun Topçubaşov çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə dövlət baçısına, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri