AKF nin prezidenti: Rafael Ağayev bizimçün çox dəyərli idmançıdır
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Rafael Ağayev bizimçün çox dəyərli idmançıdır. Dünyada nadir nəticələrdən biri də məhz ona məxsusdur. Hazırda karatedə çıxış etməsə də, hər zaman onu dəyərləndiririk".
Apasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Ülvi Quliyev deyib.
Quliyev AKF-nin büdcəsi barədə də danışıb:
"Hamı bilməlidir ki, idman dövlətin dəstəyi və qayğısı ilə əhatə olunub. Bu olmasa, inkişaf mümkünsüzdür. Azərbaycan Karate Federasiyası ictimai birlikdir. Qurumun müəyyən bir büdcəsi var. Hazırda sponsorumuz yoxdur. Büdcəmizin imkan verdiyi qədər hamıya maddi və mənəvi dəstək verməyə çalışırıq. Federasiyanın imkanları limitlidir. Bu kimi məsələlər anlayışla qarşılanmalıdır".
Qeyd edək ki, daha əvvəl Rafael Ağayev istefa verdiyini açıqlasa da sonradan onun AKF-nin yox, "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyinin vitse-prezidenti olduğu məlum olub.
Təmsilçimiz reytinq cədvəlinin zirvəsində Ölkə çempionatına yekun vurulub Təmsilçilərimiz İstanbulda 4 medal qazanıb Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək Karateçilərimizdən 2 medal
Baxış sayı:124
Bu xəbər 28 Yanvar 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















