Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

“Akinak”: Bir qılıncın sirri

“Akinak”: Bir qılıncın sirri

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Digər tərəfdən, film yeni tarixi ideologiyanın bəyanı sayıla bilər. Fentezi elementlərinə malik tarixi macəra janrında çəkilmiş filmdəki hadisələr eradan əvvəl VIII əsrdə baş verir. İndiki Azərbaycan ərazisində İşquz dövləti mövcuddur. Onların üstünə düşmən hücum çəkib. Kim olduğu filmdə deyilməsə də, söhbətin Assuriyadan getdiyi başa düşülür. Sayca üstün düşmənə qalib gəlmək üçün işquzlar vaxtilə göylərdən gəlmiş 4 paydan birinə – “Akinak” adlı qılınca yenidən sahiblənməlidirlər. Bu məqsədlə 4 gənc qılıncın ardınca təhlükəli səfərə göndərilir.
Akinak – skiflərin məşhur qılıncıdır. Filmin verdiyi ideoloji mesaj budur ki, Skiflər elə işquzlar, yəni iç oğuzlardır. Gənc nəsil məhz onları öz babaları kimi qəbul etməlidir. Baş qəhrəmanın “Ərsak” adandırılması da bu baxımdan çox simvolikdir: “Artsax” sözünün haradan ortaya çıxması aydın olur – bu, qədim türk kəlməsidir və “ər sak” deməkdir.
Dörd dost, dörd ürək, dörd yoldaşıq biz...

Filmin özünə gəlincə, rejissor Elxan Cəfərov (“Dolu”, “Yarımçıq xatirələr”) ortaya müasir kino standartlarına uyğun iş qoymağı bacarıb. Əsas nöqsanlar ssenari ilə bağlıdır (İlqar Safat). Orta yaşlı nəsil filmə baxanda istər-istəməz yadına “Bir qalanın sirri” düşəcək. Paralellər az deyil. Hər iki filmin proloqu və epoiloqu müasir dövrdə baş verir, əsas süjeti isə obrazlardan biri rəvayət kimi gənclərə danışır (“Akinak”da bunu lap axırda bilirik).
“Akinak”ın da öz Göygöz Kosası var – cadugər Kobar (Vüsal Hacı Qədir). Təəssüf ki, o daha çox karikatur personaja bənzəyir və heç qorxulu deyil. Halbuki, Ərsaqla dostlarının qabağını məhz o kəsməli idi. Göygöz Kosa hələ 50-ci illərin kinosunun texniki imkanları ilə daha çətin sınaqlar yarada bilirdi. Onun “Tufan!.. Cəhənnəm!..” dediyi səhnəni yadınıza salın, “Akinak”a baxanda müqayisə üçün lazım olacaq (spoyler verməmək üçün daha artığını yazmıram).
Paralellər Ərsak – Hadı, Palak – Bıdı şəklində davam edir. Palak (Məhəmməd Musayev) Bıdı kimi bir az qarınqulu, bir az tənbəl, bir az eqoist olsa da, yaxşı uşaqdır və ssenari əslində onun transformasiyasını bizə göstərməli idi. Necə ki biz Bıdının filmin sonuna doğru necə dəyişib mərd və cəsur gəncə çevrildiyini görürdük.
Pionerə nə yaraşmır?
Dörd dostdan digər ikisi – Belin (Yusif Rəhimli) və Uduz (Fidan Qafarova) süjetdə elə də böyük rol oynamırlar. Əvvəla, digər adlarla (Ərsak, Palak, Belin) uyğunlaşması üçün “Ulduz”u müasir yox, qədim deymlə “Yultuz” kimi vermək daha yaxşı olardı. İkincisi, ideal misal qismində “Üzüklər hökmdarı”nı yada salaq. Orada oxşar missiya üçün yola çıxan Araqorn, Baromir, Gimli, Leqolas kimi personajların hamısına eyni dərcədə diqqət göstərilir, ekran vaxtı ayrıır və hamısının xarakteri eyni dərəcədə açılır. “Akinak”da isə Belin, ümumiyyətlə, diqqətdən kənarda qalır və süjetin inkişafında heç bir rol oynamır.
“Bir qalanın sirri”nin ssenarisinin ən gözəl cəhəti o idi ki, dostlar Göygöz Kosaya fədakarlığın, əzmin, iradənin, elmin gücü ilə qalib gəlirlər. Elşən başa düşür ki, qalib gəlmək üçün təkcə qol gücünə güvənmək olmaz, ilk növbədə kitab oxumaq lazımdır. Digər personajarın da hər biri ayrıca inkişaf edir. Problemin həlli üçün magiyadan istifadə etmək isə pionerə yaraşmır.
Üzrlü səbəblər
Ssenarini tənqid etmək üçün çox səbəblər var, amma digər tərəfdən, fentezi elementlərilə zəngin tarixi macəra filminin hətta müəyyən nöqsanlarla olsa belə, çəkilməsi Azərbaycan kinosu üçün böyük hadisədir. Nəhayət ki, Azərbaycan kinosu festival çərçivəsindən çıxaraq, üzünü kütləvi tamaşaçıya döndərdi.
“Akinak” bütün hallarda yeni səviyyə müəyyən edir, yeni cığır açır. Uşaq kinosu olduqca böyük məsələdir. Bizim kinematoqraf bu janrı yadırğamışdı. Fentezi və tarixi macəra isə ümumiyyətlə, yenilikdir (“Bir qalanın sirri”ni saymasaq).
Perspektiv
İndi əsas məsələ kütləvi tamaşaçının kinoteatrlarda yerli filmlərə baxmasına nail olmaqdır. Bu asan missiya deyil, çünki qonşu zalda həmişə Hollivud blokbasteri göstərilir. Azərbaycan kinosu ən azı onun qədər baxımlı olmaqla yanaşı, milli tamaşaçını Hollivudun təklif etmədiyi mövzularla özünə çəkməlidir. “Akinak” məhz belə mövzulardandır. İş görülən yerdə nöqsanlar da olmalıdır, əsas odur konveyer dayanmasın.
Vüsal Məmmədov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:413
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Aprel 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see732

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see696

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see695

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see508

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see342

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri