Akinak filmi nümayiş olundu
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tarixi və macəra janrında çəkilmiş “Akinak” filmi Nizami Kino Mərkəzində media nümayəndələri üçün nümayiş olunub.
Kult.az xəbər verir ki, vətənpərvərlik mövzularına xüsusi yer verilən film tarixi və mifoloji motivlərə əsaslanan hekayə üzərində qurulub.
Belə ki, ekran əsərində hadisələr Azərbaycan ərazilərində mövcud olmuş qədim İşquz (e.ə. VII əsrin birinci yarısında Azərbaycan ərazisində sak-skif-massaget tayfaları tərəfindən yaradılmış qədim dövlət - İç Oğuz) dövlətində cərəyan edir. Bu dövlətin qəhrəman yeniyetmələri qədim və simvolik əhəmiyyət daşıyan Akinak qılıncını əldə etmək üçün çətin və təhlükəli yolu qət edir.
Qeyd edək ki, film 1 maydan etibarən Azərbaycan kinoteatrlarında nümayiş etdiriləcək.
Layihə “Narimanfilm” MMC tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunub. Filmin quruluşçu rejissoru Elxan Cəfərov, ssenari müəllifləri isə İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoydur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 30 Aprel 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















