Icma.az
close
up
RU
“Akinak”: Bir qılıncın sirri

“Akinak”: Bir qılıncın sirri

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Digər tərəfdən, film yeni tarixi ideologiyanın bəyanı sayıla bilər. Fentezi elementlərinə malik tarixi macəra janrında çəkilmiş filmdəki hadisələr eradan əvvəl VIII əsrdə baş verir. İndiki Azərbaycan ərazisində İşquz dövləti mövcuddur. Onların üstünə düşmən hücum çəkib. Kim olduğu filmdə deyilməsə də, söhbətin Assuriyadan getdiyi başa düşülür. Sayca üstün düşmənə qalib gəlmək üçün işquzlar vaxtilə göylərdən gəlmiş 4 paydan birinə – “Akinak” adlı qılınca yenidən sahiblənməlidirlər. Bu məqsədlə 4 gənc qılıncın ardınca təhlükəli səfərə göndərilir.
Akinak – skiflərin məşhur qılıncıdır. Filmin verdiyi ideoloji mesaj budur ki, Skiflər elə işquzlar, yəni iç oğuzlardır. Gənc nəsil məhz onları öz babaları kimi qəbul etməlidir. Baş qəhrəmanın “Ərsaq” adandırılması da bu baxımdan çox simvolikdir: “Artsax” sözünün haradan ortaya çıxması aydın olur – bu, qədim türk kəlməsidir və “ər sak” deməkdir.
Dörd dost, dörd ürək, dörd yoldaşıq biz...

Filmin özünə gəlincə, rejissor Elxan Cəfərov (“Dolu”, “Yarımçıq xatirələr”) ortaya müasir kino standartlarına uyğun iş qoymağı bacarıb. Əsas nöqsanlar ssenari ilə bağlıdır (İlqar Safat). Orta yaşlı nəsil filmə baxanda istər-istəməz yadına “Bir qalanın sirri” düşəcək. Paralellər az deyil. Hər iki filmin proloqu və epoiloqu müasir dövrdə baş verir, əsas süjeti isə obrazlardan biri rəvayət kimi gənclərə danışılır (“Akinak”da bunu lap axırda bilirik).
“Akinak”ın da öz Göygöz Kosası var – cadugər Kobar (Vüsal Hacı Qədir). Təəssüf ki, o daha çox karikatur personaja bənzəyir və heç qorxulu deyil. Halbuki, Ərsaqla dostlarının qabağını məhz o kəsməli idi. Göygöz Kosa hələ 50-ci illərin kinosunun texniki imkanları ilə daha çətin sınaqlar yarada bilirdi. Onun “Tufan!.. Cəhənnəm!..” dediyi səhnəni yadınıza salın, “Akinak”a baxanda müqayisə üçün lazım olacaq (spoyler verməmək üçün daha artığını yazmıram).
Paralellər Ərsaq – Hadı, Palak – Bıdı şəklində davam edir. Palak (Məhəmməd Musayev) da Bıdı kimi bir az qarınqulu, bir az tənbəl, bir az eqoist olsa da, əslində yaxşı uşaqdır və ssenari əslində onun transformasiyasını bizə göstərməli idi. Necə ki biz Bıdının filmin sonuna doğru necə dəyişib mərd və cəsur gəncə çevrildiyini görürdük.
Pionerə nə yaraşmır?
Dörd dostdan digər ikisi – Belin (Yusif Rəhimli) və Uduz (Fidan Qafarova) süjetdə elə də böyük rol oynamırlar. Əvvəla, digər adlarla (Ərsaq, Palak, Belin) uyğunlaşması üçün “Ulduz”u müasir yox, qədim deymlə “Yultuz” kimi vermək daha yaxşı olardı. İkincisi, ideal misal kimi “Üzüklər hökmdarı”nı yada salaq. Orada oxşar missiya üçün yola çıxan Gendalf, Araqorn, Baromir, Gimli, Leqolas kimi personajların hamısına eyni dərcədə diqqət göstərilir, ekran vaxtı ayrıır və hamısının xarakteri eyni dərəcədə açılır. “Akinak”da isə Belin, ümumiyyətlə, diqqətdən kənarda qalır və süjetin inkişafında heç bir rol oynamır.
“Bir qalanın sirri”nin ssenarisinin ən gözəl cəhəti o idi ki, dostlar Göygöz Kosaya fədakarlığın, əzmin, iradənin, elmin gücü ilə qalib gəlirlər. Elşən başa düşür ki, oxumaq lazımdır. Digər personajarın da hər biri ayrıca inkişaf edir. Problemin həlli üçün magiyadan istifadə etmək isə pionerə yaraşmır.
Üzrlü səbəblər
Ssenarini tənqid etmək üçün çox səbəblər var, amma digər tərəfdən, fentezi elementlərilə zəngin tarixi macəra filminin hətta müəyyən nöqsanlarla olsa belə, çəkilməsi Azərbaycan kinosu üçün böyük hadisədir. Nəhayət ki, Azərbaycan kinosu festival çərçivəsindən çıxaraq, üzünü kütləvi tamaşaçıya döndərdi.
“Akinak” bütün hallarda yeni səviyyə müəyyən edir, yeni cığır açır. Uşaq kinosu olduqca böyük məsələdir. Bizim kinematoqraf bu janrı yadırğamışdı. Fentezi və tarixi macəra isə ümumiyyətlə, yenilikdir (“Bir qalanın sirri”ni saymasaq).
Perspektiv
İndi əsas məsələ kütləvi tamaşaçının kinoteatrlarda yerli filmlərə baxmasına nail olmaqdır. Bu asan missiya deyil, çünki qonşu zalda həmişə Hollivud blokbasteri göstərilir. Azərbaycan kinosu ən azı onun qədər baxımlı olmaqla yanaşı, milli tamaşaçını Hollivudun təklif etmədiyi mövzularla cəlb etməlidir. “Akinak” məhz belə mövzulardandır. İş görülən yerdə nöqsanlar da olmalıdır, əsas odur konveyer dayanmasın.
Vüsal Məmmədov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Aprel 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri