Icma.az
close
up
RU
“Akkord”un keçmiş sahibi tanışının 10 milyon dollarını ələ keçirib Bakıya qayıtması üçün vaxt verildi

“Akkord”un keçmiş sahibi tanışının 10 milyon dollarını ələ keçirib Bakıya qayıtması üçün vaxt verildi

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev tanışını aldadaraq 10 milyon dollarını (17 milyon manat) ələ keçirib.

Bu barədə Gununsesi.info-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, təqsirləndirilən İ.Hacıyev barəsində Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş təqdim olunub.

Bildirişdə qeyd edilib ki, cinayət prosesini həyata keçirən orqan Azərbaycan Baş Prokurorluğunun İstintaq Baş İdarəsidir.

Çağırış vərəqəsi verilməli olan şəxs isə 1973-cü il iyulun 3-də anadan olmuş İlqar Allaz oğlu Hacıyevdir.

Ona izah olunur ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 14 iyul 2025-ci ildə, 12.00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Baş Prokurorluğunun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.

İttihamın mahiyyətinə gəlincə, 191900199 saylı cinayət işi üzrə İlqar Hacıyevin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 2020-ci ilin dekabrın 25-də qərar qəbul edilib.

Həmin qərara əsasən, “Akkord”un keçmiş sahibi şəxsiyyəti istintaqa məlum olan tanışının etibarından sui-istifadə edərək onuy aldadıb.

İlqar Hacıyev Rusiyanın moskva vilayətinin Mıtişinski rayonunun Prokovka kəndində və Adinskov rayonunun Novişarvin kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edib, həmin layihələrin icrası ilə bağlı 10 milyon ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18 milyon ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə tanışını aldadıb.

2016-cı ilin fevral ayından həmin ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava limanının qarşısında həmin dövrün rəsmi məzənnəsinə əsasən 17 milyon manat təşkil edən 10 milyon ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlaklarını ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hacıyev İlqar Allaz oğlu istintaqdan qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25 dekabr 2020-ci il tarixli qərarla barəsində rəsmi axtarış elan edilib, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İlqar Hacıyevə izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsi ilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir.

“Akkord”un keçmiş sahibinə qiyabı icraatın açıla biləcəyi və ya qiyabi hökmün, məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi barədə xəbərdarlıq da edilib.

Cinayət Prosessual Məcəlləsinin 54-2.1.7 və 467-13.3-cü maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxs İlqar Hacıyevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabı icraat açıla bilər, barəsində qiyabı hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Mart 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri