Icma.az
close
up
RU
Akmal Nuriddinov: Azərbaycan rəssamlarının əsərləri Özbəkistanda geniş nümayiş etdirilməlidir

Akmal Nuriddinov: Azərbaycan rəssamlarının əsərləri Özbəkistanda geniş nümayiş etdirilməlidir

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan rəssamlarının əsərləri Özbəkistanda geniş nümayiş etdirilməlidir.

Bunu APA-nın Daşkəndə ezam olunmuş əməkdaşına açıqlamasında Özbəkistanın Xalq Rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nuriddinov deyib.

Özbəkistan Rəssamlıq Akademiyasının sədri azərbaycanlı və özbək rəssamları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb: “Özbəkistanın bir sıra rəssamları Qarabağa və bir zaman işğal altında olmuş ərazilərə səfərlər edib, bu mövzuya həsr olunmuş əsərlər yaradıblar. Bəzi rəssamlarımız bu mövzuda hələ də işləməyə davam edirlər”.

Akmal Nuriddinov Azərbaycanın tanınmış sənət adamlarının Özbəkistan Rəssamlıq Akademiyasının fəxri akademikləri seçildiyini də diqqətə çatdırıb.

Akmal Nur həmçinin bildirib ki, noyabr ayında Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə azərbaycanlı rəssam Sakit Məmmədovun fərdi sərgisinin keçirilməsi planlaşdırılır: “Sakit Məmmədov tanınmış rəssamdır, Özbəkistanda, eləcə də bir çox başqa ölkələrdə onu çox sevirlər. Sakit Məmmədov Nukus şəhərindəki İ.V.Savitski adına Dövlət İncəsənət Muzeyinə əsər hədiyyə etmək istəyir, bu da Özbəkistan tərəfi üçün böyük şərəfdir”.

Özbəkistan Rəssamlıq Akademiyasının sədri gələcəkdə Azərbaycan və Özbəkistanın rəssamlıq qurumları arasında əməkdaşlığın daha da genişlənəcəyini bildirib. Onun sözlərinə görə, Özbəkistan Rəssamlıq Akademiyası ilə Azərbaycanın müvafiq incəsənət qurumları arasında memorandum imzalanıb.

Özbəkistan Rəssamlıq Akademiyasının sədr nəzərə çatdırıb ki, 2012-ci ildə Azərbaycanda fərdi sərgisi olub: “Arzum yenidən Bakıda öz fərdi sərgimi keçirməkdir. Çünki Bakıda möhtəşəm muzeylər, sənətşünaslar, menecerlər və sərgi zalları var”.

Akmal Nuriddinov Azərbaycan rəssamlarının əsərlərinin Özbəkistanda daha geniş nümayiş etdirilməsinin tərəfdarı olduğunu da vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Avqust 2026 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri