HEQT mərkəzinin 2025 ci il üzrə fəaliyyətinə dair hesabatı dinlənilib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Cari ilin 9 yanvar tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti icası keçirilib.
Bu barədə APA-ya Hüquqi Ekspertiza Və Qanunvericilik Təşəbbüsləri Mərkəzindən məlumat verilib.
İclasda Mərkəzin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatı dinlənilib. İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Mərkəzin İcraçı direktoru Samir Mahmudov ötən il üzrə Mərkəzin fəaliyyəti, o cümlədən işinin təşkili istiqamətində görülən tədbirlər və əldə olunan nəticələr barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
O öz çıxışında bildirib ki, Mərkəz hesabat dövründə Nizamnaməsinə uyğun olaraq normativ hüquqi aktların keyfiyyətinin artırılması, hüquqi akt layihələrinin hazırlanması, hüquqi ekspertizanın aparılması, hüquqi rəylərin verilməsi, habelə dövlət qurumları əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib.
Normayaratma fəaliyyətində vahid yanaşmanın təmin edilməsi və normativ hüquqi aktların keyfiyyətinin artırılması məqsədilə Mərkəz tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Normayaratma” adlı kitabın, həmçinin, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun elmi-praktiki Kommentariyasının hazırlanaraq nəşr edildiyi diqqətə çatdırılıb.
Bundan sonra, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ötən il ərzində görülmüş işlər və qarşıdakı planlar haqqında ətraflı məlumat verərək, bu müddət ərzində İnstitut tərəfindən mərkəzi icra hakimiyyəti orqanları və Milli Məclis, məhkəmə və prokurorluq orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, habelə müxtəlif institutlar və akademiyaların əməkdaşları üçün təlimlərin keçirildiyini qeyd edib. Sədr İnstitut tərəfindən hazırlanan virtual kitabxanadan istifadəçilər tərəfindən müxtəlif kontentin əldə edildiyini bildirib. Hesabat dövrü ərzində İnstitut tərəfindən 3 kitabın çap edilməsi, habelə bir sıra normativ hüquqi aktların insan hüquqları ekspertizasının həyata keçirilməsi ilə bağlı məlumat verilib.
İclasda Mərkəzin və İnstitutun 2025-ci il üzrə fəaliyyətinə dair hesabatında qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, növbəti il üçün planlar və hədəflər müzakirə edilib və yekunda Mərkəzin və İnstitutun 2025-ci il üzrə fəaliyyətləri Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 14 Yanvar 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















