Icma.az
close
up
RU
Ədəbiyyat İnstitutu 2025 ci ildəki elmi fəaliyyətinə dair hesabat verib

Ədəbiyyat İnstitutu 2025 ci ildəki elmi fəaliyyətinə dair hesabat verib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. 

Əvvəlcə il ərzində nəşr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib.

XQ xəbər verir ki, iclasda AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini akademik Teymur Kərimli, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, Elmi şuranın üzvləri və aidiyyəti şəxslər iştirak ediblər. 

İclası akademik İsa Həbibbəyli açaraq tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Əvvəlcə institutun əməkdaşları - filologiya elmləri doktoru Rəhim Əliyev 75, filologiya elmləri doktoru, dosent Abid Tahirli və filologiya üzrə fəlsəfə doktoru Fikrət Əhmədov 70 illik yubileyləri münasibəti ilə müəssisənin Fəxri fərmanı ilə təltif ediliblər.

İclasda çıxış edən akademik İsa Həbibbəyli ölkə başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqindən irəli gələrək dilçi və tarixçi alimlərin, eləcə də Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələrdən danışıb, bu istiqamətdə Akademiyada geniş müzakirələrin aparıldığını söyləyib.

Həmçinin bu vəzifələrin ölkə ictimaiyyətinin də gündəmində olduğunu, bu günlərdə AMEA və AR Milli Məclisinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının rəhbərliyinin iştirakı ilə səmərəli müzakirələrin baş tutduğunu diqqətə çatdırıb.

“Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan tarixinin saxtalaşdırılmasının qarşısı alınmalı, tariximiz Azərbaycanın milli və dövlətçilik maraqlarına uyğun obyektiv tədqiq edilməlidir. Bu, vaxtı ilə Ulu Öndərin də tələbi olmuşdur. Qarabağ müharibəsinin və Böyük Qayıdış hərəkatının tarixinin yazılması da qarşımıza qoyulan vəzifələrdəndir. Həmçinin Çar Rusiyası tərəfindən hazırlanmış, sovet hökümətinə qədərki xəritələrdə yer adlarının 99 faizi Azərbaycan dilindədir. Bu istiqamətdə işlərimizi gücləndirməliyik. Bundan əlavə, qarşımızda ədəbi dil normalarını tənzimləyən sinonimlər lüğətinin, neologizmlər kitabının çap olunması məsələləri durur. Televiziya məkanında Azərbaycan dilinə aid verilişləri aktivləşdirmək də vacibdir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Cənab Prezidentin “texnoloji inkişaf olmadan inkişaf mümkün deyil”, - sözlərini xatırladan akademik İsa Həbibbəyli bunların içərisində süni intellekti, alternativ enerjini - yaşıl enerjini, kibercinayətkarlıqla mübarizəni, rəqəmsal inkişafı ölkə başçısının xüsusi vurğuladığını nəzərə çatdırıb. Akademiyanın müxtəlif institutlarında buna müvafiq şöbələr yaradıldığını, Ədəbiyyat İnstitutunda isə “Elektron xidmətlər” şöbəsinin adının dəyişdirilərək “Rəqəmsal ədəbiyyatşünaslıq, süni intellekt və elektron xidmətlər” şöbəsi adlandırıldığını və köməkçi şöbədən əsas şöbə statusuna keçirildiyini qeyd edib. 

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı 2025-ci il üzrə illik elmi hesabatı təqdim edib. Aygün Bağırlı Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və sərəncamlarının, habelə Dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq keçirilən tədbirlər ilə əlaqədar nəşr olunmuş kitablar barəsində iştirakçıları məlumatlandırıb. 

Ümumilikdə il ərzində institutda 2 istiqamət, 8 problem, 19 mövzu üzrə işlənilən 151 işdən 80-i tamamlanmış, 71 iş üzrə tədqiqat davam edir. İnstitutun uğurları sırasında 16 tərtib, 5 tərcümə, 7 dərslik olmaqla 98 kitab, 66-sı xaricdə, 577-si jurnal və toplularda, 229-u qəzetdə olmaqla 872 məqalə çap olunub.

Həmçinin Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses – 2025” Yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti haqqında məlumat verib.                                 

Hesabat ətrafında akademik Teymur Kərimli və filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək Ədəbiyyat İnstitutunun hesabat ilində gördüyü işləri yüksək qiymətləndiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri