Aktau yaxınlığındakı təyyarə qəzası nəticəsində həlak olan üç nəfər Qazaxıstanda dəfn edilib
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan üç Qazaxıstan vətəndaşı Astana və Kostanayda dəfn edilib.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, Gauhar Şaymerdenova və onun 11 yaşlı oğlu Eldar Jukmaqat bu gün Astanada dəfn edilib.
Həmçinin Kostanayda 29 yaşlı Salima Cutayevanın da dəfn mərasimi keçirilib.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub. Təyyarə qəzasında 6 Qazaxıstan vətəndaşı həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Dekabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















