Icma.az
close
up
RU
Aktaunun qanlı səması: 23 və 25 dekabr 19 il fərqlə

Aktaunun qanlı səması: 23 və 25 dekabr 19 il fərqlə

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Bazarertəsi - 23 dekabrda "Dekabrın qara günləri: AN-140 təyyarəsində can verən 18 nəfər" " məqaləsini yazarkən heç ağlıma da gəlməzdi ki, 2 gün sonra dekabr ayına növbəti bir bir qara gün əlavə olacaq.

Məqaləmizdə Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçan AN-140 tipli sərnişin təyyarəsi qəzaya uğramasından on doqquz il ötdüyünü ictimaiyyətə xatırladaraq yazmışdıq:"2005-ci il dekabrın 23-də Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Heydər Əliyev adına beynəlxalq hava limanında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Nardaran qəsəbəsi yaxınlığında, Xəzər sahilində yerə düşüb.
Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları olub".
Daha sonra məhz dekabr ayında Azərbaycana məxsus təyyarə qəzalarını da oxucularımızın diqqətinə çatdırmışdıq:" 1995-ci il dekabrın 5-də Naxçıvan-Bakı reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub. Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər".
Daha sonra müstəqillik illərindən əvvəl də məhz dekabr ayında Azərbaycana məxsus təyyarələrin dəhşətli qəzaya uğradığını yada salmışdıq:" Hətta müstəqillikdən əvvəl ən dəhşətli təyyarə qəzası da dekabr ayında baş verib.Yəqin ki, xatırlayırsınız, 1988-ci ildə zəlzələdən zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilən “İL-76” təyyarəsi Ermənistanın Spitak(Hamamlı) rayonu yaxınlığında “Stinqer” raketi ilə vuruldu. Sovet dönəmində erməni qüvvələrinin israrı ilə həmin terror hadisəsi tarixə qəza kimi düşdü. Hadisə nəticəsində təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qaldı".

Qeyd edək ki, bu gün Bakı-Qroznı reysi ilə uçan AZAL-ın “Embraer ERJ-190” təyyarəsi duman səbəbindən əvvəlcə Mahaçqalaya, daha sonra Aktauya istiqamətləndirildiyi haqda məlumat yayılıb. “Rosaviasiya” isə quş sürüsü ilə toqquşduqdan sonra kapitanın özünün Aktau limanını seçdiyini bildirib.Hava gəmisində 62 sərnişin, 5 ekipaj üzvü olub. İlkin məlumata görə, 28 nəfər sağ qalıb.

 Əntiqə Rəşid

P.S. Bu gün dəhşətli  qəza kimi yaddaşlarda qalan bir hava gəmisinin də anım günüdür. Beləki,  2016-cı il 25 dekabrda Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi Qara dənizə düşərək param-parça olmuş , 93 nəfər ölmüşdü.

 Əntiqə Rəşid 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Dekabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri