Icma.az
close
up
RU
Aktrisa: İncəsənət xüsusi qayğıya ehtiyacı olan uşaqlara cəmiyyətdə yerini tapmağa kömək edir

Aktrisa: İncəsənət xüsusi qayğıya ehtiyacı olan uşaqlara cəmiyyətdə yerini tapmağa kömək edir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 dekabr, Günel Alıyeva, AZƏRTAC

Spesifik inkişaf xüsusiyyətləri olan uşaqlar üçün incəsənət sadəcə yaradıcılıq məşğuliyyəti və ya bayram əyləncəsi deyil. Bu, uşağa özünü dünyanın bir hissəsi kimi hiss etməyə, emosiyalarını ifadə etməyi öyrənməyə, ünsiyyət qurmağa, özünə inanmağa və utancaqlığın arxasında gizlənməməyə kömək edən vasitədir. Sosiallaşmanın ənənəvi üsullarının bəzən yetərsiz qaldığı məqamlarda teatr, musiqi, rəqs və yaradıcılıq üzrə master-klaslar uşağı oyun, rol, ritm, hərəkət və komanda işi vasitəsilə yumşaq və təbii şəkildə prosesə cəlb edir.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycanın Əməkdar artisti, Rus Dram Teatrının aktrisası İnna İmranova danışıb.

Həmsöhbətimiz vurğulayıb ki, uzun illərdir “BeKind” cəmiyyəti çərçivəsində uşaqlarla çalışır, onlarla kiçik səhnəciklər və tamaşalar hazırlayır, aktyorluq bacarıqlarını təkmilləşdirir və onların özlərini ifadə etmələrinə kömək edir. O, həmçinin cəmiyyətin təsisçisi Şirin Rzayevaya hər bir uşağın inkişaf edə, yenilikləri sınaqdan keçirə və qəbul olunduğunu hiss edə bildiyi məkan yaratdığına görə təşəkkürünü bildirib.

İnna İmranovanın sözlərinə görə, yaradıcılıq mühiti xüsusi qayğıya ehtiyacı olan uşaqlara təzyiq və qiymətləndirmə olmadan açılmağa imkan verir. Uşaq səhnəyə çıxdıqca, rol sınadıqca, mətn öyrəndikcə və tamaşada iştirak etdikcə, onda tədricən özünəinam formalaşır.

“İncəsənət insanın özünü müxtəlif yollarla ifadə etməsinə imkan yaradır: kimisi oynamağa başlayır, kimisi oxuyur, kimisi rəqs edir. Bununla da uşağın həyatı daha rəngarəng, daha geniş və daha parlaq olur”, – deyə aktrisa vurğulayıb.

Həmsöhbətimizin diqqət çəkdiyi mühüm effektlərdən biri də səhnədən kənarda da zəruri olan bacarıqların inkişafıdır. Mətnlərin, şeir və replikaların əzbərlənməsi, tərəfdaşla iş, ümumi tamaşada iştirak yaddaşı, diqqəti və intizamı möhkəmləndirir. Ən əsası isə, qarşılıqlı ünsiyyət qurmaq bacarığını formalaşdırır.

Xüsusi qayğıya ehtiyacı olan uşaqları böyüdən ailələr üçün bu cür təşəbbüslərin əhəmiyyətindən danışan İnna İmranova sosiallaşma məsələsinə xüsusi diqqət yetirib. O, əmindir ki, uşağı cəmiyyətdən gizlətmək olmaz, əksinə, onun insanlar arasında olması, ünsiyyət qurması, dostlar tapması, digər ailələri görməsi və tək olmadığını anlaması vacibdir.

Həmsöhbətimiz qeyd edib ki, “BeKind” cəmiyyəti zaman keçdikcə genişlənir. Əvvəllər təşkilatda daha az uşaq və ailə var idisə, bu gün icma böyüyür və yeni iştirakçılar qoşulur. Daimi master-klaslar və tədbirlər, Yeni il bayramları və digər görüşlər uşaqların ünsiyyət qurduğu, dostlaşdığı və bacarıqlarını inkişaf etdirdiyi, valideynlərin isə dəstək, təcrübə mübadiləsi və dayaq hissi qazandığı platformaya çevrilib.

Həmsöhbətimizin sözlərinə görə, bu cür layihələrdə iştirak onun üçün uzun illərdir davam edən dərin şəxsi bir missiyadır. O, nəticələri görməyi onun üçün çox vacib olduğunu bildirir. Əvvəllər danışmaqdan qorxan və ya tamaşaçı baxışından çəkinən uşağın zamanla gülümsəməyə, irəli çıxmağa, şeir söyləməyə, rəqs etməyə və təşəbbüs göstərməyə başlaması bunu təsdiqləyir.

Əməkdar artist həmçinin iş prosesinə öz studiyasından olan uşaqları, aktyorluq sənətini öyrənən adi uşaqları da cəlb etdiyini deyib. Onun sözlərinə görə, birgə fəaliyyət onlara insanları “özününkülər” və “yadlar” kimi ayırmamağı, kənarlaşmamağı, əksinə, yaxın olmağı, dəstək göstərməyi və xüsusi qayğıya ehtiyacı olan uşaqları bərabər qəbul etməyi öyrədir.

İnna İmranova qeyd edib ki, xüsusi inkişaf xüsusiyyətləri olan uşaqların çıxış edə, öyrənə və sadəcə özləri ola bildikləri tədbir və məkanların sayı nə qədər çox olsa, onların həyatda öz yerlərini tapmaq şansı da bir o qədər artar. Bununla yanaşı, cəmiyyətin münasibəti də ehtiyat və mərhəmətdən hörmətə, qəbul etməyə və normal insani qarşılıqlı əlaqəyə doğru daha sürətlə dəyişiər.

“Biz sadəcə onların yanında olmalı, kömək əlimizi uzatmalı, dəstək verməli və bir az da irəli təşviq etməliyik. Bu uşaqlar çox istedadlıdırlar, əsas məsələ bunu görmək və onların öz potensiallarını üzə çıxarmalarına kömək etməkdir”, – deyə Azərbaycanın Əməkdar artisti fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri