Icma.az
close
up
RU
Al bizi aldada bilər Psixoloq və ekspertlərdən xəbərdarlıq

Al bizi aldada bilər Psixoloq və ekspertlərdən xəbərdarlıq

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Görəsən, qazlı su götürüm, yoxsa adi su?"

Süni intellekt (Al) çatbotlarından o qədər istifadə edirik ki, az qala su almaq seçimini də onlardan soruşuruq. Süni intellekt həyatımızı asanlaşdırsa da, bu cür seçimləri də onun öhdəsinə buraxmaq birbaşa düşüncə qabiliyyətimizin zəifləməsinə səbəb ola bilər.

Bəs insanlar süni intellekt assistentlərinə daha çox hansı sorğuları ünvanlayırlar? AzTV-də hazırlanan süjetdə deyilir ki, bu sual ilk olaraq süni intellekt - "ChatGPT"nin özünə verilib.

İnsanlar sənə daha çox nə ilə bağlı suallar verirlər?

Onun cavabına görə, ən çox verilən suallar bir neçə böyük kateqoriyaya bölünür: təhsil və izahlar, texnologiya və praktiki kömək, məsləhət və qərarvermə, yaradıcılıq və yazı, ümumi maraq və gündəlik suallar, həmçinin əyləncə xarakterli müraciətlər.

Qısası, insanların verdiyi suallar əsasən ya nəyisə başa düşmək, ya da nəyisə həll etmək üzərində qurulub.

Bəs insanlar necə düşünür?

Bəzi vətəndaşlar bildirirlər ki, hər hansı problem yaşadıqları zaman süni intellektdən istifadə edirlər və bu, onlar üçün daha qısa yoldur. Digərləri isə qeyd edirlər ki, gündəlik işlərdə, sənəd hazırlayanda, mövzu axtarışında, hətta yemək bişirəndə belə süni intellektdən yararlanırlar.

Digər fikrə görə isə bunun mənfi tərəfləri də var. İnsanlar özləri daha dərin araşdırmalar apara, kitabxanalardan və digər ənənəvi mənbələrdən istifadə edə bilərlər.

Mütəxəssislər hesab edirlər ki, rəqəmsal alqoritmlər gündəlik həyatımızın görünməyən bələdçisinə çevrilib. Sosial şəbəkələr bizə nə izləyəcəyimizi, nə düşünəcəyimizi, hətta bəzən nəyə reaksiya verəcəyimizi belə təklif edir. Bu platformalar rahatlıq yaratsa da, seçim yükünü azaltsa da, insanın qərarvermə refleksini zəiflədə bilər.

Psixoloqların sözlərinə görə, bəzi uşaqlar süni intellektin hər şeyi doğru bildiyini düşünürlər. Halbuki bu belə deyil. Bəzən onu insan kimi qəbul edir, onunla emosional bağ qururlar. Bu isə özünəinam, özünüdərk və özünüqiymətləndirmə hisslərinin zəifləməsinə səbəb ola bilər.

Sosial şəbəkələrdə isə vəziyyət daha mürəkkəbdir. Burada istifadəçi təkcə məlumat almır, eyni zamanda aqressiya, qorxu və diqqət çəkmək istəyi kimi emosional təsirlərə də məruz qalır.

Son günlər Türkiyədə orta məktəb şagirdinin həmyaşıdlarına və müəlliminə silahlı hücum etməsi, daha sonra isə özünü öldürməsi bu müzakirələri yenidən aktuallaşdırıb.

Mütəxəssislər hesab edirlər ki, aqressiya yayan bəzi cizgi filmləri, seriallar, internet oyunları və zərərli onlayn məzmunların uşaq və yeniyetmələrə təsiri ciddi şəkildə araşdırılmalıdır. Bu sahədə filtr mexanizmlərinin tətbiqi, aqressiya və zorakılığı təşviq edən paylaşımların əlçatanlığının azaldılması vacib sayılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Aprel 2026 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri