Icma.az
close
up
RU
Siqaretdən daha təhlükəli asılılıq Psixoloq xəbərdarlıq etdi

Siqaretdən daha təhlükəli asılılıq Psixoloq xəbərdarlıq etdi

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Snus nikotin tərkibli bir məhsuldur. Adətən üst dodağın altına qoyulur və nikotin ağızdan bədənə keçir. Siqaret kimi yandırılmır və tüstüsü olmur. Bəzi futbolçular bundan özlərini daha ayıq hiss etmək, diqqəti toplamaq və gərginliyi azaltmaq üçün istifadə edirlər. Xüsusilə oyun qabağı stress, həyəcan və təzyiq çox olanda buna müraciət edənlər olur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Psixologiya üzrə fəlsəfə doktoru Ramin Allahverdiyev deyib. O bildirib ki, snusdan asılılıq olduqca təhlükəlidir:

“Burada psixoloji tərəf də vacibdir. İnsan bir müddət sonra düşünə bilər ki, snus istifadə edəndə daha rahat olur və ya daha yaxşı fokuslanır. Bu təkrarlandıqca vərdişə çevrilə bilər. Sonra da stress yarananda insan avtomatik olaraq yenə həmin məhsula əl atır. Problem də məhz buradan başlayır. Əsas məsələ nikotindir. Nikotin asılılıq yaradır. Ürək döyüntüsünü sürətləndirə, qan təzyiqini yüksəldə bilər. Bəzi insanlarda başgicəllənmə, ürəkbulanma, baş ağrısı və narahatlıq da yarana bilər. Uzun müddət istifadə ağız boşluğu və diş ətində də problemlərə səbəb ola bilər. Psixoloji tərəfdən isə insanın nikotinə ehtiyacı arta bilər. İstifadə etməyəndə əsəbi ola bilər, gərginlik hiss edə bilər, diqqətini toplamaq çətinləşə bilər. Belə bir dövr yaranır: insan özünü gərgin hiss edir, snus istifadə edir və bir qədər rahatlaşır. Beyin də bunu rahatlama yolu kimi yadda saxlayır. Növbəti dəfə stress yarananda yenə eyni davranış təkrarlanır. Asılılıq da bu şəkildə güclənə bilər”. Sezar pizza

Narkoloq əlavə edib ki, snusda tüstü yoxdur, amma bu onun zərərsiz olması demək deyil:

“Snusla siqaret eyni deyil. Siqaretdə tütün yanır və tüstü birbaşa ağciyərlərə daxil olur. Hər ikisi ümumi sağlamlıq baxımından təhlükəli hesab olunur. Snusda tüstü yoxdur, amma bu, onun zərərsiz olması demək deyil. Nikotin yenə də bədənə daxil olur və asılılıq yarada bilir. Psixoloji baxımdan isə belə bir risk var ki, insan siqareti buraxır, amma nikotindən uzaqlaşmır. Sadəcə istifadə etdiyi məhsul dəyişir. Asılılıq isə davam edir. Ona görə mən snusu siqaretin sağlam əvəzi kimi qiymətləndirməzdim. Siqaret çəkməyən bir insanın snusa başlamasının heç bir sağlamlıq üstünlüyü yoxdur. Siqareti buraxmaq istəyən insan üçün əsas məqsəd yalnız məhsulu dəyişmək yox, nikotin asılılığını da azaltmaq olmalıdır”.

R.Allahverdiyev sonda futbolçulara müəyyən tövsiyələr verib:

“Mən xüsusilə futbolçulara tövsiyə edərdim ki, snusu stressi azaltmaq və ya diqqəti artırmaq üçün bir vasitə kimi görməsinlər. Dünya futbolunda da artıq bu məsələyə yalnız zərərli vərdiş kimi yox, futbolçunun psixoloji sağlamlığı və asılılıq riski baxımından yanaşılır. Məsələn, İngiltərə futbolunda bu mövzu ilə bağlı araşdırmalar aparılıb və yanaşma ondan ibarətdir ki, futbolçunu sadəcə qınamaq yox, onu məlumatlandırmaq və ehtiyac varsa psixoloji dəstək göstərmək lazımdır.Futbolçu üçün daha sağlam yol stressi nəfəs və rahatlama texnikaları, diqqət məşqləri və idman psixoloqu ilə iş vasitəsilə idarə etməkdir. Çünki məqsəd yalnız bir vərdişi dayandırmaq deyil, insanın stresslə daha sağlam şəkildə baş etməsini öyrənməsidir”.

Qeyd edək ki, Azərbaycan millisinin yarımmüdafiəçi Rəhim Sadıxovun görüntüləri sosial mediada böyük rezonans doğurub. Bu kadrlar yerli futbolda son zamanlar kəskin tənqid olunan zərərli vərdişlər mövzusunu yenidən gündəmə gətirib. Xatırladaq ki, bir müddət öncə "Neftçi" klubunun həkimi Rəhim Məhərrəmov ölkə futbolundakı ən böyük təhlükənin məhz "snus" adlanan tüstüsüz tütün məmulatı olduğunu bəyan etmişdi.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Oktyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri