Alberto Blanko Quba üzərində qələbəni dəyərləndirdi
Icma.az bildirir, Fanat portalına istinadən.
"Ordu"nun baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün sonuncu - XX turunda "Quba"ya qalib gəldikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında belə deyib:
“Mövsümü yaxşı başa vurmaq və pley-in oyunlarına hazırlaşmaq baxımından vacib qələbə oldu. Əslində matça pis başlamadıq. Ancaq sonradan basketbolçularımız geridönüş edə bildilər. Bunun nəticəsində hesabda 10 xallıq fərq yaratdıq. Fasilədən sonra ribaundlarda daha yaxşı təsir bağışladıq. “Quba” oyunda dönüş yaratmaq istəsə də, buna imkan vermədik. Layiqli qələbə qazandığımıza görə çox sevinirəm”.
Qeyd edək ki, "Quba" - "Ordu" qarşılaşması qonaq komandanın 97:88 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 02 Aprel 2025 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















