Aldığımız ərzaq niyə tez xarab olur?
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ailələrdə ərzaq məhsullarının xarab olması və israf edilməsi müxtəlif səbəblərlə bağlıdır. Bura saxlanma şəraitinin düzgün seçilməməsi, saxlanma qaydalarının bilinməməsi və hətta elektrik kəsintiləri nəticəsində soyuducudakı məhsulların sıradan çıxması kimi amillər daxildir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib. Onun sözlərinə görə, xarab olmuş qidaların zibilə atılması təkcə məişət problemi deyil, eyni zamanda ciddi iqtisadi itkidir:
“Bu cür halların qarşısını almaq üçün bazarlıq zamanı düzgün planlaşdırma aparılmalı, məhsulların yararlılıq müddətinə və istehlak həcminə xüsusi diqqət yetirilməlidir. Dördpendirli pizza
Eyni zamanda, ailə üçün alış-veriş edilərkən bütün ailə üzvlərinin istəkləri nəzərə alınmalıdır. Əks halda, təkbaşına edilən bazarlıq digər üzvlərin narazılığına və nəticədə ərzaqların istifadə olunmadan qalaraq xarab olmasına gətirib çıxarır”.
Qeyd edək ki, bazarda ərzaq məhsullarının bahalaşması da istehlakçıların alma vərdişlərinə birbaşa təsir edir, insanları daha ucuz və büdcəyə uyğun alternativlərə yönəldir.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Sentyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















