Icma.az
close
up
RU
Aleks Souza: Məqsədimiz yuxarı pillələrdə qərarlaşmaqdır MÜSAHİBƏ İdman və Biz

Aleks Souza: Məqsədimiz yuxarı pillələrdə qərarlaşmaqdır MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Turan Tovuz”un hücumçusu Aleks Souza Sportal.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, braziliyalı futbolçu komandanın hədəflərini açıqlayıb.

- İlin son görüşündə "Neftçi" ilə heç-heçə etdiniz. Həmin oyunda qələbə qazana bilməməyinizi nə ilə əlaqələndirirsən?

- Fikrimcə, bu oyunun ilk yarısında o qədər də yaxşı oynaya bilmədik. Ancaq fasilədən sonra, ikinci hissədə daha da yaxşı oynadıq. Matça eyni intensivliklə başlasaydıq, bu görüşü qalib başa vura bilərdik. Qələbə qazanmağımız mümkün idi. Hər halda, artıq matç geridə qaldı və hazırda istirahətdəyik.

- Sezonun ilk hissəsi artıq başa çatdı. "Turan Tovuz" ili 3-cü pillədə başa vurdu. Bu nəticə sizi razı salır, yoxsa daha yuxarı pillədə qərarlaşmaq istəyərdiniz?

- Aydın məsələ odur ki, bizim məqsədimiz həmişə turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmaqdır. Lakin biz qış fasiləsindən sonra geri dönəcəyik ki, turnir cədvəlində yüksək yerlərdə qərarlaşaq.

- Mövsümün ilk yarısında hansı matçı xüsusi qeyd edərdin? Hansı matç sənin üçün daha yaddaqalan oldu?

- Hansısa oyunu ayıra bilmərəm. Məncə, mövsümün ilk hissəsində bizim üçün bütün oyunlar vacib idi. Biz hər görüşə bu cür yanaşırdıq. Bir oyunu digərindən fərqləndirmirdik.

- İstirahət üçün fasilə az idi, çox deyildi. Bakıda qaldın, yoxsa Azərbaycanı tərk edərək Braziliyaya yollanmısan?

- Xeyr, mən Bakıda qaldım. Burada istirahət etməyi seçmişik. Elə Bakıda istirahət edirəm.

- Mətbuatda yayılan xəbərlərə görə, səninlə "Zirə", "Səbail" klubları maraqlanır. Ümumiyyətlə, sənə Azərbaycan Premyer Liqasının digər klublarından təkliflər gəlib? "Turan Tovuz"u tərk etmək ehtimalı var?

- Mənim “Turan Tovuz”la qüvvədə olan müqaviləm var. Digər komandalardan təkliflər barədə isə məlumatım yoxdur. Mən “Turan Tovuz”dakı çıxışıma fokuslanmışam.

- Bu mövsüm "Qarabağ"ı məğlub edən yeganə komanda "Turan Tovuz"dur. Bunun da xüsusi motivasiyası var?

- Onlara qarşı oynamaq həmişə xoşdur. Motivasiya da artır. Amma bizim üçün bu, əlimizdən gələnin ən yaxşısını verməli olduğumuz oyunlardan biridir.

- Səncə, "Turan Tovuz" üçün mövsümün ikinci yarısı necə alınacaq? Avrokuboklara yollana biləcəksiz?

- Biz bunun üçün işləyirik. Mövsümün ikinci hissəsini oynayaq. Necə alınacağını isə birlikdə görəcəyik.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Dekabr 2024 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri