Icma.az
close
up
RU
Rüfət Həsənov: “Əvvəl məqsədimiz sadəcə iştirak idi, indi yüksək nəticələrə köklənmişik” FOTO MÜSAHİBƏ İdman və Biz

Rüfət Həsənov: “Əvvəl məqsədimiz sadəcə iştirak idi, indi yüksək nəticələrə köklənmişik” FOTO MÜSAHİBƏ İdman və Biz

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Başa çatmaqda olan ildə "Triterra" klubu beynəlxalq arenada bir sıra mühüm nailiyyətlərə imza atıb. Triatlonçular “Ironman” yarışlarında fəal iştirak edərək, yeni ölkə rekordları müəyyənləşdiriblər, həmçinin Bakıda beynəlxalq yarışlar keçirilib.

İdman.biz-ə müsahibəsində klubun təsisçisi Rüfət Həsənov 2024-cü il mövsümünü dəyərləndirib.

- Klubun bu il ən diqqətçəkən nəticələri hansılar olub, ən çox nə yadda qalıb?
- Ən diqqətçəkən nailiyyətlərdən biri "Triterra"nın "Ironman" klublarının dünya reytinqində rekord sayda xal toplaması olub. Orada klublar iştirakçıların sayına görə divizionlara bölünüblər. “Triterra” 25-ə qədər üzvü olan klubların divizionunda çıxış edir. Orada dünyanın hər yerindən 5000-dən çox klub qeydiyyatdan keçib. 2024-cü ildə biz 155-ci yeri tutmuşuq - bu, regionumuzun və MDB ölkələrinin klubları arasında ən yaxşı nəticədir.
Qazaxıstan, Ukrayna, Özbəkistan, Belarus, Qırğızıstan və Türkiyənin bütün klublarını qabaqlayıb, yalnız Rusiyanın bir klubundan geri qalmışıq. Bu müvəffəqiyyət, adıçəkilən ölkələrin çoxunun triatlonda böyük təcrübəyə malik olduğunu nəzərə alsaq, xüsusilə əhəmiyyətlidir. Bizim üçün mühüm nailiyyət və qürurverici haldır.

- Bu nəticənin səbəbi nədir?
- Uğurumuzun əsas amili səhmdarların strateji idarəçiliyi və baş məşqçimiz Aleksandr Mordasovun peşəkar işidir. Bu il 20-yə yaxın klub üzvü Avstriya, İtaliya, Türkiyə, Oman, Bəhreyn kimi ölkələrdə rəsmi "Ironman" turnirlərində, həmçinin İspaniyada mövsümün əsas yarışında - Barselonada “tam məsafə” turnirində iştirak edib.
Türkiyədə öz yaş kateqoriyasında 3-cü yeri tutan Aleksandr Mordasovun özünün, eləcə də bu uğuru Omanda təkrarlayan klubumuzun üzvü Marina Belanın nəticələrini xüsusilə qeyd etmək lazımdır. Bu nailiyyətlər klubun nüfuzunu gücləndirməklə yanaşı, reytinq xallarını da artırıb.
Əvvəllər məqsədimiz sadəcə iştirak idisə, indi yüksək nəticələr əldə etməyə köklənmişik.

- Daha hansı idman hadisələrini qeyd edə bilərsiniz?
- Bu il üçüncü dəfə "Half Distance Ironwind" yarışını keçirdik - bu, Qafqazda ən böyük triatlon turniridir. Yarışda 200-ə yaxın idmançı çıxış edib ki, onlardan 125-i xüsusi olaraq iştirak üçün gəlmiş əcnəbilər olub. Çoxlu müsbət rəylər aldıq ki, bu da təşkilatçılığın yüksək səviyyəsini göstərir.
Gənclər və idman naziri Fərid Qayıbova 2021-ci ildən - ilk yarışımızdan bəri göstərdiyi dəstəyə görə ayrıca təşəkkür etmək istəyirəm. Onda turnirdə cəmi 40 yerli idmançı iştirak etmişdi. "Ironwind" yarışlarının peşəkar təşkilində göstərdikləri köməyə görə Formula 1 Bakı Şəhər Halqası komandasına da xüsusi təşəkkür düşür.

- "Ironwind" yarışının 2025-ci ildə də keçirilməsi planlaşdırılırmı?
- Çox güman, yarış 2026-cı ilə təxirə salınacaq. Səbəbləri hələ tam açıqlaya bilmərəm, lakin bu, 2025-ci ildə Azərbaycanda keçiriləcək böyük triatlon turniri ilə bağlıdır. Klubumuz uğurlu çıxış üçün maksimum sayda yerli idmançı hazırlayaraq bu yarışı da fəal şəkildə dəstəkləyəcək.

- “Dəmir məsafə”ni qət etməkdə Azərbaycan triatlonu üçün rekord göstəriciyə nail olan Teymur Fərəcovun uğurlarından danışın...
- Teymur Fərəcov “dəmir məsafə”də Azərbaycanın ən yaxşı triatlonçusudur. Bu il o, Barselonadakı nəticəsini yaxşılaşdıraraq yarışı 9 saat 37 dəqiqəyə başa vurub. Ölkədə bizim idman növündə rəqabətin artması hamımızı sevindirir: belə rəqabət triatlonun inkişafına səbəb olur. Əminik ki, yeni mövsümdə Teymur hazırkı nailiyyətlərini yaxşılaşdıra biləcək.

- "Triterra" artıq üçüncü dəfə şaquli qaçış üzrə yarış da təşkil edib. Deyəsən, o da populyarlıq qazanır?
- Yarış ölkənin ən yüksək biznes mərkəzlərindən birində - "Çinar Plaza"da keçirilib. Bu maraqlı tədbir idman həyat tərzinin şəhər dəyişikliklərinə uyğunlaşmasının zəruriliyini vurğulayır. Şaquli qaçış getdikcə populyarlaşır.
Əminik ki, bu idman növü regionumuzun idman həyatının mühüm tərkib hissəsinə çevriləcək. Yeni ildə "Triterra" klubu şaquli qaçışı populyarlaşdırmağı, yeni yarışlar təşkil etməyi və bu maraqlı idmana daha çox iştirakçı cəlb etməyi planlaşdırır.
Ümumilikdə "Triterra" klubu diqqətçəkici inkişaf nümayiş etdirir və regionda triatlon sahəsində nümunəyə çevrilir. 2025-ci ildən yeni qələbələr və hadisələr gözləyirik!

Zəki Feyzullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri