Aleksandr İsak İsveçdə ilin ən yaxşı futbolçusu seçilib
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərənin "Liverpul" klubunun hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı oyunçusuna verilən "Qızıl top" mükafatını qazanıb.
Moderator.az xəbər verir ki, futbolçuya mükafat İsveç Futbol Assosiasiyası və "Aftonbladet" qəzeti ilə əməkdaşlıq çərçivəsində təqdim olunub.
2025-ci il təqvim ilində 26 yaşlı İsak "Nyukasl", "Liverpul" və İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və dörd məhsuldar ötürmə edib. O, mükafat uğrunda "Arsenal"ın hücumçusu Viktor Di Kereşi geridə qoyub.
Qeyd edək ki, İsak bu ilin sentyabrında 145 milyon avroya "Nyukasl"dan "Liverpul"a transfer olunub. O, cari mövsüm "mersisaydlılar"ın heyətində bütün turnirlərdə 15 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 Dekabr 2025 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















