Icma.az
close
up
RU
Aleksandr Pavloviç: Azərbaycan iqlim təşəbbüslərinə rəhbərlik etmək üçün mühüm rol oynayacaq

Aleksandr Pavloviç: Azərbaycan iqlim təşəbbüslərinə rəhbərlik etmək üçün mühüm rol oynayacaq

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

COP29-da təşkilatçılıq əladır. Buradakı təşkilatçılıq maddi-texniki, inzibati cəhətdən çox yüksək səviyyədədir.

Bu sözləri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Serbiyada kiçik və orta biznesi dəstəkləyən qabaqcıl inkişaf layihəsinin rəhbəri Aleksandr Pavloviç deyib.

“Tədbirin ev sahibi kimi Azərbaycan iqlim təşəbbüslərinə rəhbərlik etmək üçün mühüm rol oynayacaq. Qlobal münaqişələrdən tutmuş faktiki iqlim dəyişikliyinə qədər dünyada baş verən bütün hadisələrə daha çox münasibət bildirməliyik", - deyə A.Pavloviç qeyd edib.

Qeyd edək ki, noyabrın 11-22-də Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq. Əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. Bununla yanaşı, təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xatırladaq ki, Azərbaycan baza ili (1990-cı il) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

Azərtac

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Noyabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see136

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see132

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see132

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see131

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see126

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see126

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see124

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see123

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see120

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see119

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see118

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see118

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see117

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see117

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see117

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see113

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see113

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see112

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see112

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri